“Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə bölgəyə sülh gətirib” Elman Məmmədov
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Cənab prezidentimizin Vaşinqton səfəri, orada Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Trampla və Ermənistanın baş naziri ilə üçtərəfli görüşləri, səslənən fikirlər və imzalanan sənədlər bir daha sübut edir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev uzaqgörən, müdrik siyasəti ilə bölgəyə sülh gətirib. Bu, onun apardığı daxili və xarici siyasətin nəticəsidir".
Bu sözləri millət vəkili Elman Məmmədov Redaktor.az-a Prezident İlham Əliyevin Ağ Evdəki zəfərindən danışarkən bildirdi.
"Mən bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, dövlətimizə İlham Əliyev kimi bir lider rəhbərlik edir. ABŞ prezidenti Trampın prezidentimizə olan münasibəti, aralarındakı dialoq və imzalanan sənədlər Azərbaycan prezidentinin apardığı düzgün siyasətin bəhrəsidir.
Biz böyük Azərbaycan ərazisi ilə Naxçıvan arasında yolun açılmasını istəyirdik, bizə qarşı ədalətsiz tətbiq olunan 907-ci düzəlişin ləğvini istəyirdik, ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsini istəyirdik və buna da nail olduq. Ən böyük istəyimiz bölgədə dayanıqlı sülh idi, bu da öz həllini tapdı.
Bu görüşlərdə imzalanan sənədlər təkcə Azərbaycanla Ermənistan üçün deyil, bütövlükdə region və dünya miqyasında, Avropa ilə Asiya arasındakı əlaqələrin genişlənməsi baxımından da böyük əhəmiyyət daşıyır. Mən bu münasibətlə xalqımızı təbrik edirəm və inanıram ki, yaxın vaxtlarda bu səfərin nəticələrini daha yüksək səviyyədə görəcəyik. Azərbaycanı bundan da böyük inkişaf gözləyir", - deyə deputat sonda vurğuladı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Avqust 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















