Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Prezident İlham Əliyevin çağırışı: Cənubi Qafqaz və sülh

Prezident İlham Əliyevin çağırışı: Cənubi Qafqaz və sülh

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Hansı imkanlar əldən verilməməlidir?

Prezident İlham Əliyev Gürcüstana dövlət səfəri gedişində bir sıra vacib bəyanatlar səsləndirdi. Dövlətimizin başçısının dilə gətirdiyi fikirlərdən gəlinən qənaət budur ki, Azərbaycan Cənubi Qafqaz siyasi platformasında sülhü və sabitliyi əsas götürür. Ən başlıcası isə ölkəmiz sülh naminə regionun bütün dövlətlərinin səfərbərliyi amilini qabardır.

Bəli, Prezident İlham Əliyevin vurğuladığı müstəsna məqam odur ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesini gücləndirmək üçün imzalanmış sənədlər yetərli deyil. Bu fikrə bir neçə cəhətdən yanaşmaq mümkündür.

Birincisi, dövlətimizin başçısı niyyət və məramın vacibliyini vurğulayır. Elə bir niyyət və məram ki, dövlətlərarası münasibətlərdə dinamizm yaratsın, qarşılıqlı təmaslarda, yaxud yazılı sənədlərin özündəki nüansları, mümkün problemləri aradan qaldırmaq potensialını daşıyan mexanizmə söykənsin.

İkincisi, Prezident İlham Əliyev bilavasitə ticarət əlaqələrinin inşkişafı üzərində dayanır. Nəzərə alaq ki, sırf ticarətə başlamaq təşəbbüsü rəsmi Bakıya məxsusdur. Yəni Azərbaycan və Ermənistan arasında ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə, ümumən, dövlətlərarası münasibətlərin inkişafı xətti götürülsə də, başlanğıc nöqtə baxımından hansısa məsuliyyət müəyyənləşməyib.

Deməli, tərəflərdən birinin jestinə ehtiyac var idi ki, onu edən Azərbaycan oldu. Respublikamız Ermənistanla ticarətə başladı, habelə, üçüncü ölkələrdən Ermənistana daşımalar üçün tranzit şəraiti yaratdı və yaradır. Yəni dövlətimizin başçısının “Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək” fikri rəsmi Bakının konkret addınları müstəvisində öz təsdiqini tapıb.

Əlbəttə, sülhü gücləndirmək üçün daha böyük tədbirlərə ehtiyac var. Azərbaycan lideri bu baxımdan Gürcüstanı da əsas götürdüyünü açıqladı. Axı Cənubi Qafqaz vahid orqanizmdir. Mövcud müstəvidəki dövlətlərin hər birinin iradəsi bu coğrafiyanın inkişafına təkan verən faktordur. Ona görə də ölkəmizin Ermənistanla ticarətinin Gürcüstan vasitəsilə reallaşması xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev də məhz buna diqqət çəkdi və Gürcüstan hökumətinə təşəkkürünü bildirdi.

Üçüncü məqama diqqət yetirək. Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhəd xəttinin uzunluğu Azərbaycan-Gürcüstan sərhəd xəttinin uzunluğundan təqribən 2 dəfəyə yaxın çoxdur. Bu mənada, hazırda Azərbaycan-Ermənistan ticarətinin Gürcüstan üzərindən reallaşması məntiqli görünmür və bu durum aradan qalxmalıdır. Əlbəttə, elə sahələr mümkündür ki, onunla bağlı ticarətin məhz Gürcüstan ərazisi vasitəsilə gerçəkləşməsi daha rentabelli olar.

Amma məntiqsiz durumun aradan qalxması üçün də konkret, özü də təxirəsalınmaz tədbirlər görülməlidir. Xüsusən, Ermənistan hazırkı vəziyyətin fərqinə varmalıdır. Bunun üçün isə ölkə Birgə Bəyannamədə yazılanların icrasına başlamalıdır. Əslində, Prezdent İlham Əliyev həm də bunun mesajını verdi. Yəni Azərbaycan sülh naminə kağız üzərində yazılmayanları edirsə, Ermənistan yazılanları etməlidir.

Kağız üzərində yazılan Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu və ya qısaca TRIPP-dir. O marşrut ki, onunla bağlı barəsində söz açdığımız Birgə Bəyannamədə xüsusi müddəa var. O marşrut ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Nəhayət, o marşrut ki, Ermənistan ərazisindən keçəcək. Bu yerdə Prezident İlham Əliyevin Gürcüstanda ölkənin Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatındakı bir fikrə diqqət yetirək: “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”.

Bəli, sülhü möhkəmləndirmək üçün onun bütün komponentlərini Cənubi Qafqazda yaranmış yeni vəziyyətin şərtlərinə uyğunlaşdırmaq lazımdır. İndiki məqamda Gürcüstana ona görə təşəkkür düşür ki, öz ərazisindən Bakı–İrəvan ticarətinə şərait yaradır və bu, ölkənin regional barış naminə çalışmasıdır. Ermənistan da buna görə Gürcüstana təşəkkür edir, ya etmir, öz işidir. Amma məlumdur ki, baş nazir Nikol Paşinyan müxtəlif beynəlxalq platformalarda dəfələrlə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb. Sözümüz ondadır ki, Ermənistan rəhbərliyi yalnız təşəkkürlə kifayətlənməməli, əsas məsələyə keçid almalıdır. Əsas məsələ isə TRIPP-in fəaliyyətə başlaması, daha doğrusu, işinin təmin olunmasıdır.

Ümumiləşdirmə apararaq, bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycan üçün regional siyasi-strateji xətt sülhün prioritet seçilməsi üzərindədir. Dövlətimizin başçısı barışı strateji məqsəd daşıyan mühit kimi irəli sürür, fikirləri ilə regionun münaqişə zonasından əməkdaşlıq məkanına keçməsinin vacibliyini vurğulayır. Hər halda, ölkəmizin başçısı əbəs yerə dünyadakı ağır siyasi və hərbi vəziyyəti misal gətirmir. Bu yanaşma Azərbaycanın özünü regional lider və təşəbbüskar aktor kimi təqdim etməsidir. Yəni Prezident İlham Əliyev sülh ritorikasından həm siyasi, həm də iqtisadi layihələrin legitimləşdirilməsi üçün bəhrələnməni vacib sayır. Hesab edirik ki, bütün bunlar Gürcüstan tərəfindən ciddi dərk edilir. Həm də ona görə ki, bu ölkə Azərbaycanla birgə regionun dünyaya açılımında müstəsna pay sahibidir. Ona görə də dövlətimizin başçısı vurğulayır: “Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir”.

Ermənistan da regional düzəndə təmsil olunmalıdır. Söhbət TRIPP-lə gerçəkləşəcək düzəndəki iştirakçılıqdan gedir. Ölkənin başqa yolu varmı? Yox. Başqa yola, eyni zamanda, ona görə ehtiyac yoxdur ki, onu Ermənistan 2020-ci ilədək gedib. Gedib və heç bir fayda görməyib, inkişafdan geri qalıb. Başqa sözlə desək, işğalçılıq siyasəti ölkəyə xeyir yox, böyük zərərlər qazandırıb. İndi isə sülh şəraitinin verdiyi imkanlardan bəhrələnmə zamanıdır. Prezident İlham Əliyevin təbirincə desək, imkan əldən verilməməlidir.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri