Icma.az
close
up
RU
Prezident İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024cü ildə əldə etdiyi yeni nailiyyətlərin təminatıdır AZƏRTAC

Prezident İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024cü ildə əldə etdiyi yeni nailiyyətlərin təminatıdır AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə və vacib daxili məsələləri həll etməklə mühüm siyasi uğurlar nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın “The Gulf Observer” nəşrində dərc olunan “İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024-cü ildə əldə etdiyi yeni nailiyyətlərin təminatı kimi” sərlövhəli məqalədə deyilir.

2023-cü ilin ən mühüm uğurlarından biri ərazi bütövlüyü uğrunda uzun illər davam edən mübarizənin nəticəsi olaraq Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpa olunmasıdır. Bu hadisə sayəsində 2024-cü ildə Ermənistanla münasibətlərin normallaşması prosesi yeni səviyyəyə çıxdı: iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı.

Azərbaycanın müasir tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda prezident və parlament seçkiləri keçirildi. Həmin seçkilər dövlətin siyasi inkişafında əlamətdar mərhələ oldu, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra tam suverenliyin və ərazi bütövlüyünün bərpasını simvolizə etdi. Seçicilərə Şuşa və Xankəndidə, eləcə də işğaldan azad edilmiş digər şəhərlərdə səsvermə imkanının yaradılması bu ərazilərin ölkənin siyasi, sosial və iqtisadi sisteminə inteqrasiyasında mühüm addım oldu. Bu, həmçinin dövlətin hətta münaqişədən sonrakı yenidənqurma şəraitində demokratik prosesləri təşkil etmək və aparmaq bacarığını nümayiş etdirdi.

Fransa, Hindistan və hətta ABŞ-ın regionda öz geosiyasi maraqlarına görə Ermənistanı silahlandırmağa davam etmələrinə baxmayaraq, Azərbaycan hərbi üstünlüyünü qoruyub saxlayır. Ölkə silahlı qüvvələrini fəal şəkildə modernləşdirir, ən son sistemləri, o cümlədən pilotsuz uçuş aparatlarını və hava hücumundan müdafiə sistemlərini tətbiq edir ki, bu da ordunun döyüş effektivliyini əhəmiyyətli dərəcədə artırır. Müdafiə Nazirliyindən verilən məlumata görə, 2020-ci ildən etibarən Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirərək texnikanı geniş miqyasda yeniləyir və müntəzəm təlimlər həyata keçirir. Bu tədbirlər, eləcə də Türkiyə ilə strateji əməkdaşlıq Azərbaycanın sabit hərbi üstünlüyünü təmin edir və regionda təhlükəsizlik təhdidlərinə effektiv cavab vermək imkan yaradır. Prezident İlham Əliyevin bu yaxınlarda bildirdiyi kimi, ölkənin 2025-ci il üçün növbəti hərbi büdcəsi rekord səviyyədə olacaq və təxminən beş milyard dollar təşkil edəcək.

Bakı çox yaxşı bilir ki, bəzi ölkələr Azərbaycanın 2020-ci ildə qazandığı qələbədən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışmaq istəmir. Paris, Vaşinqton, Brüssel və dünya siyasətinin bir sıra digər oyunçularının Qafqazın iki respublikası arasında sülhü dəstəkləmək barədə rəsmi bəyanatları bəzən onların hərəkətləri ilə üst-üstə düşmür. Buna birbaşa nümunə - iki il əvvəl “Aİ-nin mülki missiyası” adı altında Ermənistandakı xarici nümayəndələrin Azərbaycanla sərhəddə yerləşdirilməsi, hazırda isə ondan hərbi mövcudluğun genişləndirilməsi üçün istifadə olunmasıdır. Məlum olduğu kimi, qondarma avropalı müşahidəçilərin pərdəsi altında “mülki missiya” Kanada nümayəndələrinin də ona qoşulmasından sonra NATO missiyasına çevrilib və hazırda iki ölkə arasındakı sərhəddə infrastruktur yaradır.

Buna baxmayaraq, İlham Əliyevin qonşularla, o cümlədən Ermənistanla danışıqlara peşəkar yanaşması, eləcə də regionda sülhün qorunması istiqamətində aktiv fəaliyyəti Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə kömək edib. Dövlət başçısının 2024-cü ildəki siyasi strategiyası da, bəzən meydana çıxan siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq tərəfdaşlarla əlaqələrin fəal şəkildə möhkəmləndirilməsini özündə ehtiva edib. İqtisadi və enerji layihələrinin genişləndirilməsi mühüm addım olub, bunlar iqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanın Avropanın enerji xəritəsində mühüm oyunçu kimi mövqeyinin möhkəmlənməsinə töhfə verib.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına Böyük Qayıdış prosesi davam etdirilib. Bu proses işğaldan azad edilmiş ərazilərdə normal həyatın bərpasında mühüm mərhələ olub. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar infrastrukturun fəal inkişafına, yolların, məktəblərin, xəstəxanaların və digər sosial-mədəni obyektlərin bərpasına və yenilərin tikintisinə yönəlib. 2024-cü ildə yeni yaşayış məhəllələrinin və infrastruktur obyektlərinin, həmçinin iş yerlərinin yaradılması və kənd təsərrüfatının bərpası layihələri çox vaxt yaşıl enerji keçidinə uyğun olaraq tamamlanıb.

Ölkənin bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində uğurlarından danışarkən qeyd etmək lazımdır ki, COP29 iqlim konfransı Azərbaycanda uğurla keçirilib və bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə mühüm addım olub. Tədbir dünyanın aparıcı ekspertlərini, alimlərini, ekoloqlarını, siyasətçiləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual ekoloji problemlərin müzakirəsi və davamlı inkişaf strategiyalarının hazırlanması üçün platforma təqdim edib. Azərbaycan konfransın ev sahibi kimi Cənubi Qafqazda ekoloji təhlükəsizliyin və iqlim dəyişikliyinə uyğunlaşmanın vacibliyinə diqqət yetirərək qlobal iqlim təşəbbüslərində fəal rolunu nümayiş etdirdi.

2024-cü ildə Bakı azərbaycanlıların müasir Ermənistan ərazisini təşkil edən torpaqlarına, xüsusən də Qərbi Azərbaycana qayıtması məsələsinin həllinin vacibliyini dünya ictimaiyyətinə çatdırmaq prosesində də uğur qazanıb. Bunun üçün Azərbaycan beynəlxalq platformalardan, o cümlədən BMT və digər təşkilatlardan fəal istifadə edib. Bu, müvafiq məsələdə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artmasına səbəb olub və beləliklə, tarixi ədalətin bərpası istiqamətində mühüm addım olub. Həmin ərazilər XX əsrdə həyata keçirilən zorakılıq və etnik təmizləmə nəticəsində oraları tərk etməyə məcbur olmuş bir çox azərbaycanlı üçün tarixi vətəndir.

Müstəmləkəçiliyə qarşı mübarizədə fəal iştirakını da əminliklə Azərbaycan dövləti başçısının mühüm uğuru adlandırmaq olar. Fransa ən böyük müstəmləkəçi dövlətlərdən biri kimi dünyanın müxtəlif yerlərində bir çox xalqların istismarına və sıxışdırılmasına görə məsuliyyət daşıyırdı. Son onilliklərdə Fransanın xarici siyasətinin dəyişməsinə baxmayaraq, bir çox ölkələr hələ də bu müstəmləkə mirasının nəticələrindən əziyyət çəkir və bu, narazılıq və müqavimətə səbəb olur. Azərbaycan neokolonializmə qarşı çıxmaqda bərabərlik, müstəqillik və suverenliyin vacibliyini vurğulayır.

Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi: “Sülh sadəcə müqaviləni imzalamaq demək deyil”. Azərbaycan regionun bütün ölkələrinin və qlobal sabitliyin rifahı naminə Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün əlindən gələni edir. 2024-cü il bu zəncirin mühüm halqası oldu. Bakının nüfuzu qlobal miqyasda artmaqda davam edir, İlham Əliyev isə öz xalqının mənafeyi uğrunda qələbəyədək getməyə hazır olan, ədalət uğrunda mübarizə aparan bir lider kimi tanınır!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri