Icma.az
close
up
RU
Prezident Kitabxanasında “Üzeyir Hacıbəyli” layihəsinin təqdimatı olub VİDEO

Prezident Kitabxanasında “Üzeyir Hacıbəyli” layihəsinin təqdimatı olub VİDEO

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 oktyabr, AZƏRTAC

Prezident Kitabxanasının hazırladığı “Üzeyir Hacıbəyli” adlı layihənin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Layihə Prezident İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində hazırlanıb.

Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova layihənin Azərbaycan mədəniyyətinin zənginliyini və Üzeyir Hacıbəylinin irsinin əhəmiyyətini geniş auditoriyaya çatdırmaq baxımından böyük önəm daşıdığını vurğulayıb. O bildirib ki, faktlara və tarixi sənədlərə əsaslanan layihə milli mədəniyyətimizin qorunması və təbliği üçün mühüm əhəmiyyətə malikdir, gənc nəsillərin böyük bəstəkarın yaradıcılığı ilə yaxından tanışlığına imkan yaradır.

Professor Afət Abbasova, həmçinin Üzeyir Hacıbəylinin əsərlərinin ermənilər tərəfindən təhrif olunması hallarına toxunaraq, bu kimi halların qarşısının alınması və milli mədəniyyətimizin düzgün təqdim edilməsinin vacibliyini qeyd edib.

Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov bəstəkarın Azərbaycan musiqi tarixindəki əvəzsiz rolundan danışıb. “Azərbaycanda Musiqi Günü məhz Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Onun 140 illiyi təkcə Bakıda deyil, Azərbaycanın bölgələrində və dünyanın bir çox ölkələrində geniş qeyd olundu. Festival çərçivəsində bu tədbirlər gənc nəsil üçün də böyük əhəmiyyət daşıdı. Mədəniyyət Nazirliyi adından Prezident Kitabxanasına bu layihəyə görə təşəkkür edirik”,- deyə o əlavə edib.

İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova layihənin strukturu barədə məlumat verərək qeyd edib ki, “Bəstəkar”, “Operalar”, “Musiqili komediyalar”, “Publisistika”, “E-resurslar”, “Biblioqrafiya” və digər bölmələrdə Üzeyir Hacıbəylinin yaradıcılığı, elmi və ictimai fəaliyyəti, həmçinin onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı faktlar toplanıb. “Dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi, görkəmli musiqişünas-alim, pedaqoq, publisist, dramaturq və ictimai xadim olan Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyəti və zəngin irsi layihədə geniş şəkildə təqdim olunub. Azərbaycan, ingilis və rus dillərində hazırlanan layihə 12 bölmə və 23 altbölmədən ibarətdir”.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə, Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Vəliyeva-Hacıbəyli çıxış edərək layihənin milli-mədəni irsimizin qorunması və təbliğində mühüm rol oynadığını bildiriblər.

Tədbirin bədii hissəsində Xalq artistləri Fidan Hacıyeva, Nəzakət Teymurova, eləcə də Bakı Musiqi Akademiyasının tələbələri Hidayət Sadiqbəyli, Aysun Mahmudzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Yusif Cəfərbəyli çıxış ediblər. Həmçinin Cahangir Cahangirov adına xorun və Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 8-ci sinif şagirdi Nuray Şahsuvarlının ifaları da təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri