Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabı işıq üzü görüb.
Reyting.az xəbər verir ki, kitab “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində nəşr olunub.
Kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi redaktoru, dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktorları Cəsarət Hüseynzadə, Telman İbrahimov, rəyçiləri ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Leyla Cəlalova, həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədovdur.
Səməd Vəkilov deyib ki, kitabın elektron versiyası Prezident kitabxanasının saytında da yerləşdirilib:
My Webpage
Qeyd edək ki, “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabında 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya tarixi və hüquqi kontekstdə dəyərləndirilib. O, cümlədən deportasiyaya məruz qalmış əhali qrupunun Salyan ərazisində Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalac, Yolustü və.s. kəndlərdə məskunlaşdırılması ilə bağlı yaşanan ağır şərait, sürgün aktına məruz qalmış icmanın şəxsi hekayələri və bioqrafik məlumatları da yer alıb.
Bu mövzuda digər xəbərlər:Səməd Vəkilovun Qərbi Azərbaycanla bağlı kitabının təqdimatı keçirilib FOTO
14 Noyabr 2024 10:33
Səməd Seyidov:
15 Noyabr 2024 15:12
Görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarı ziyarət edildi FOTOLAR
07 Aprel 2025 17:00
Qazaxda Məhəmməd Vəkilovun 75 illik yubileyi qeyd olunub FOTOLAR
08 Mart 2025 10:02
Mənsur Səməd öldü
18 Noyabr 2024 22:26
Baxış sayı:101
Bu xəbər 08 Oktyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















