Icma.az
close
up
RU
Prezident Kuboku uğrunda marafonun qalibləri bəlli olub FOTO İdman və Biz

Prezident Kuboku uğrunda marafonun qalibləri bəlli olub FOTO İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanda müstəqillik dövründə ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib.

İdman.biz xəbər verir ki, "Prezident Kuboku" uğrunda yarış 2024-cü ilin "İdman Paytaxtı" olan Qubada baş tutub.

Marafon Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər" Qaçış Klubu ilə birgə təşkil olunub. Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov "Prezident Kuboku"nun əhəmiyyətindən danışaraq bu cür kütləvi yarışların davamlı olaraq təşkil ediləcəyini bildirib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilk tam məsafəyə marafonun məhz Qubada keçirilməsinin rayon üçün əlamətdar hadisə olduğunu qeyd edib. Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Qumru Məmmədova marafon iştirakçılarına onları gözləyən ağır mübarizədə uğurlar arzulayıb.

Marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Çin və Belçika təmsilçilərinin də daxil olduğu 132 atlet mübarizə aparıb. Quba Olimpiya İdman Kompleksində start götürən və qaçış məsafəsi 42 km 195 metr olan marafonda iştirakçılar Heydər Əliyev prospekti üzrə hərəkət ediblər. Yekunda kişilərin mübarizəsində Türkiyə təmsilçisi Ahmed Alkanoğlu 02:40:37 göstərici ilə "Prezident kuboku"nun qalibi olub. Elman Abışov 2-ci, Ağa Əliyev 3-cü yeri tutub.

Qadınların mübarizəsində Leyla Abdinova 03:28:48 nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yuliya Belkova finişə 2-ci, Natalya Şiyanova isə 3-cü gəlib. 40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyasında müvafiq olaraq kişilərdə Qin Ru, Yadigar Hüseynov və Tapdıq Dadaşov, qadınlarda isə Aynur Kazımova və Gülparə Əliyeva qalib adını qazanıblar.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Dekabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri