Icma.az
close
up
RU
Prezident ölkəyə və dünyaya yeni mesajlar verdi

Prezident ölkəyə və dünyaya yeni mesajlar verdi

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azay Quliyev

Milli Məclisin deputatı

Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorial Kompleksinin Xocalı şəhərində açılışı çox önəmli tarixi hadisədir. O qədər də önəmli cənab Prezidentin açılış mərasimində dünya və yerli ictimaiyyətə verdiyi mesajlardı.

Bunlardan üçünü ayrıca vurğulamaq istərdim:

Birinci mesaj,

Məlum oldu ki, Kompleksin layihəsi müharbədən əvvəl hazır imiş və onun Bakıda inşa olunması planlaşdırılmışdı.

Lakin Prezidentin inamı bu abidənin azad Xocalıda qurulacağına idi və bu inam özünü doğrultdu.

Həqiqətən, memorial Bakıda açılsa idi, bu daha çox simvolik xarakter dayışacaqdı, lakin bunun məhz Xocalıda açılması, faktiki suverenliyimizin və qələbəmizin mənəvi tamamlanması oldu.

Uzun illər Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə xalqımızın Xocalıya tələb etdiyi ədalət əvvəl döyüş meydanında, sonra Baki Hərbi Məhkəməsində və nəhayət bu, soyqırım kompleksini azad edilmiş Xocalıda inşa etməklə bərqərar edildi.

İkinci mesaj,

Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq.

Bu, Kompleks Xocalı soyqırımını heç vaxt unutdurmayacaq. Bəli, biz Ermənistan dövlətinin xalqımıza qarşı törətdiyi vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq.

Həqiqətən, tarix dəfələrlə sübut edib ki, unutqanlıq, xüsusilə, erməni kimi qonşularımıza münasibətdə həmişə bizim üçün faciələrlə nəticələnib.

Üçüncü mesaj,

Güclü olmaq və düşməni qorxu altında saxlamaq sülhün təminatıdır.

Prezidentin bildirdi ki, Ermənistan 44 günlük savaşda məğlub edildikdən sonra ona dəfələrlə xəbərdarlıq edildi ki, heç kimə, o cümlədən Qarabağda olan xarici ölkənin hərbçilərinə güvənməsin, separatizmə və xunta rejiminə son qoysun. Lakin Ermənistan buna məhəl qoymadı, nəticədə, Azərbaycan güc yolu ilə Qarabağdakı hərbi xuntanı və separatizmi məhv etdi.

Yəni, Ermənistan yenə də gücə tabe oldu. Ona görə də biz bundan sonra da o qədər güclü olmalıyıq ki, heç kim bizim torpaqlarımıza bir daha göz dikməsin.

Hamımız yaxşı bilirik ki, biz Ermənistanı yalnız güc yolu ilə sülhə məcbur etmişik.

Əlbəttə, Azərbaycan bölgədə sülhün və əmin-amanlığın əbədi olmasını istəyir və bunun üçün hər şeyi edir.

Lakin Ermənistan və ya dünya ermənliyi haqqında bunu demək mümkündür? Xeyir, mümkün deyil.

Təkcə, bu günlərdə Britaniyada Erməni Milli Komitəsinin Parlamentdə 7 üzvü təsir altına alaraq qondarma “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” ilə bağlı araşdırma aparmağa başlaması göstərir ki, ermənilər hələ də ölkəmizə qarşı ərazi iddialarından imtina etməyiblər.

Ümid edirik ki, Azərbaycana dost olan Britaniya hökuməti və parlamenti bu təxribatın qarşısını vaxtında alacaq və bu məkrli planın icrasına imkan verməyəcək.

Bu hadisə bir daha sübut edir ki, cənab Prezidentin dediyi kimi, biz elə gücdə olmalıyıq ki, Ermənistan və dünya erməniliyi Azərbaycana qarşı növbəti dəfə təcavüz etməyi ağlına belə gətirməsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Fevral 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri