Prezident olması üçün əsas maneə aradan qaldırıldı
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paris Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu iyulun 15-də Milli Birlik (RN) partiyasının Avropa Parlamenti deputatlarının köməkçiləri ilə bağlı iş üzrə 7 iyul tarixli qərardan Kassasiya Məhkəməsinə müraciət etməyəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, qurum bu qərarın məhkəmə hökmünün ətraflı hüquqi təhlilindən sonra qəbul edildiyini bildirib.
Apellyasiya instansiyası Marin Lö Pen və partiyanın bir sıra rəhbər şəxslərini dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilsə də, məhkəmənin təyin etdiyi cəzalar prokurorluğun tələb etdiyindən xeyli yüngül olub.
Prokurorluq Marin Lö Pen üçün beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrumetmə cəzası tələb etmişdi ki, bu da onun 2027-ci il prezident seçkilərində namizədliyini faktiki olaraq mümkünsüz edəcəkdi. Lakin məhkəmə seçilmək hüququnun və seçicilərin iradəsinin qorunmasını əsas gətirərək, bu qadağanı 15 aylıq müddətlə məhdudlaşdırıb və həmin müddətin artıq başa çatdığını nəzərə alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 İyul 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















