Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” 7 may 2024-cü tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib.
Missiya.Az xəbər verir ki, dəyişikliklər Torpaq Məcəlləsini, “Torpaq icarəsi haqqında” və “Torpaq bazarı haqqında” qanunları əhatə edib.
Dəyişikliklərə görə, Xəzərin Azərbaycana aid hissəsində süni torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri, həmin torpaq sahələri üzərində hüquqların yaranması ilə bağlı münasibətlər “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunla tənzimlənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















