Prezidentdən Naxçıvanla bağlı vacib sərəncam
Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident İlham Əliyev "Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməlidir.
Eyni zamanda Nazirlər Kabineti üç ay müddətində:
- normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- müvafiq səlahiyyətin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
AzNews.az
Baxış sayı:120
Bu xəbər 29 Dekabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















