Icma.az
close
up
RU
Prezidentə bu səlahiyyət verilsin! Deputatdan TƏKLİF AzPolitika onlayn siyasiictimai qəzet

Prezidentə bu səlahiyyət verilsin! Deputatdan TƏKLİF AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında əvvəlcə spiker Sahibə Qafarovanı Türkiyəyə uğurlu səfər münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Musavat.com xəbər verir ki, daha sonra Azərbaycan Prezidentini qarşıdan gələn doğum günü münasibətilə təbrik edən deputat dövlət başçımıza çətin və şərəfli işində uğurlar arzuladığını dilə gətirib.

Qüdrət Həsənquliyev dünənki tarixi hadisə barədə danışıb: “Böyük “İslam səkkizliyi”nə, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir, ölkəmiz üçün daha vacib olan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün hökuməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram!”

Deputat ardınca bunları söyləyib: “Çin təqviminə inananlar üçün mənim ad günümdə başlayacaq Yaşıl ilan ili müdrikliyin, yüksək intuisiyanın və yeniliyin simvolu hesab olunur. Avropa İttifaqının son qətnaməsini, Qərbdən gələn təzyiq və təhdidləri qətiyyətlə pisləməklə yanaşı, ölkəmizin maraqları naminə şərq müdrikliyi nümayiş etdirib Qərb ölkələri ilə münasibətdə yaranmış gərginliyin hansısa möcüzə nəticəsində aradan qalxacağını gözləmədən gərginliyin azaldılması istiqamətində qarşı tərəflə ciddi danışıqlar aparmağı təklif edirəm.

Nəzərə almalıyıq ki, zorun meydan suladığı dünyada yaşayırıq. Bu gün regionun böyük dövlətləri qardaş Türkiyə, Rusiya, İran kollektiv Qərb tərəfindən onlara münasibətdə təyin olunmuş sanksiyaların yumşaldılması üçün ciddi səylər göstərirlər.

Təxribatçı qüvvələrin nə deyəcəyini düşünmədən, xalqımızın xoşbəxt gələcəyi üçün gərginliyin azaldılması istiqamətində atacağımız addımlar böhtan və təhdidlərlə hökuməti qıcıqlandırıb onu xalqın gözündən salacaq qeyri-populyar qərarlar qəbul etməyə təhrik etmək istəyənlərə layiqli cavab olar, islahatlar aparacağımız təqdirdə ölkəyə investisya qoyuluşuna və yeni texnologiya cəlbinə yol açardı. İmkan verməməliyik ki, düşmən qüvvələr ölkəmizin beynəlxalq imicini korlaya bilsin.

Qarşı tərəfi - bu yalnız erməni millətindən olan terrorçu qatillərin azad edilməsini tələb edən Fransa deyil - inandırmalıyıq ki, müsəlman ölkəsi olmağımızı, xalqımızın sosial inkişaf səviyyəsini, yerləşdiyimiz coğrafiyanın çətinliklərini nəzərə almadan Azərbaycanın daxili işlərinə yersiz müdaxilə etməsin. Xalqı iqtidara qarşı qaldırmaq üçün şərq mentalitetində qadınlara həssas münasibətin olmasından istifadə edib, gənc qızları ələ alaraq onların taleyi və gələcəyi ilə oynamasın. Azərbaycana yönələn əsassız təzyiq və təhdidlərə, ikili standartlara son qoysun, bu siyasətin yaxşı heç nə vəd etmədiyini anlasın”.

Qüdrət Həsənquliyev sonda “Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri məsuliyyətdən azad etmək səlahiyyəti verən “Amnistiya və əfvetmə haqqında qanun”u qəbul etməyi təklif edirəm”, - deyə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri