Icma.az
close
up
RU
Prezidentə dost təbrikləri!

Prezidentə dost təbrikləri!

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik ənənələrini yaşadan, müdrik idarəetmə bacarığı ilə fərqlənən bir lider kimi tariximizin yeni səhifələrini yazdı. Müasir dünyamızda Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin qarantı, beynəlxalq arenada söz sahibi olan lider kimi ölkəmizin gələcəyini formalaşdırır. Onun rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirərək xalqın birlik və iradəsinin əsl təcəssümünə çevrilib. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Prezident İlham Əliyevin beynəlxalq münasibətlərə dair dərin bilikləri və çevik diplomatik manevrləri Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkələrin suverenliyinə hörmət edilməsinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının və gücləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın xarici siyasət strategiyasını məhz bu prinsiplər əsasında formalaşdırıb. Azərbaycanın beynəlxalq aləmdə söz sahibi kimi tanınmasını təmin edib və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə geniş dəstək qazandırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlir.

TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDAKI QARDAŞLIQ VƏ HƏMRƏYLİK RUHU

“Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan “Bir millət, iki dövlət” prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik”. Bu sözlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanladığı təbrikində yer alıb: “İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə bağlı ən xoş arzularımı bildirir, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm”.

Dünya ölkələrinin liderləri, beynəlxalq təşkilatlar tərəfindən təbrik məktubları davamlı olaraq gəlir. Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir: “Müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edən Türkmənistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının yüksək səviyyəsini böyük məmnunluqla qeyd edirəm. Qəti əminəm ki, münasibətlərimiz iki qardaş xalqın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzulayıram”.

Azərbaycanın dünya dövlətləri ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır. ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən ün vanlanan təbrikdə deyilir: “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu əlamətdar gün böyük ölkənizin tarixində və Azərbaycan xalqının yaddaşında özünəməxsus yer tutur.

ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında görməkdən şərəf duyur. Zati-alinizin illər ərzində təşkilatımıza göstərdiyi davamlı dəstək və həyata keçirilən konstruktiv əməkdaşlıq bütün İslam dünyasında xüsusi rəğbətlə qarşılanır. Bu bayram münasibətlə Zati-alinizə cansağlığı, tükənməz enerji, Azərbaycan xalqına isə firavanlıq və əldə olunan böyük nailiyyətlərlə hər zaman qürur duymağı arzulayıram”.

ÇAĞDAŞ DÜNYAMIZDA DÖVLƏT SİYASƏTİNİN MÜASİR MODELİ

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyanin təbrikində isə belə vurğulanır: “Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu ifadə edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Zati-alinizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevəi Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edib: “Bu əlamətdar bayram Azərbaycan Respublikasının suverenliyini, dövlətçiliyini möhkəmləndirmək, davamlı inkişafını sürətləndirmək, vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq istiqamətində görülən mühüm işləri təcəssüm etdirir. Qoy, bu bayram respublika vətəndaşlarının qəlbini ölkələrinə görə qürur, onun daha xoşbəxt gələcəyinə inam və qazanılan uğurlarla bağlı tükənməz sevinc hissi ilə doldursun!”.

Bu gün dünya sürətlə dəyişir və mürəkkəb geosiyasi reallıqlar fonunda münasibətlərin inkişaf dinamikasını diqqət mərkəzində saxlamağı zəruri edir. Azərbaycan qarşılıqlı etimada əsaslanan siyasət həyata keçirir.

Çağdaş dünyamızda dövlət siyasətinin müasir modelini yaradan Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. Mərkəzi və Şərqi Avropa, ümumiyyətlə, bütün dünya ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Bütün bu və ya digər təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə dost, tərəfdaş olan dövlətləri tərəfindən ünvanlanıb. Təbrik məktublarından da göründüyü kimi, Azərbaycan Prezidentinə dünya mtiqyasında böyük ehtiram və sevgi vardır.

İkitərəfli siyasi münasibətlərin qurulması siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaratmış oldu. Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev dünya liderləri arasında seçilən dövlət başçılarından biridir.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 May 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri