Icma.az
close
up
RU
İranda şah rejiminin bərpa edilməsi oradakı azərbaycanlıların xeyrinə olmayacaq

İranda şah rejiminin bərpa edilməsi oradakı azərbaycanlıların xeyrinə olmayacaq

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İranda hazırda baş verən hadisələrin fonunda bildirilir ki, proseslərin arxa planında dayanan əsas məqsədlərdən biri də Pəhləvi sülaləsinin, yəni şah rejiminin yenidən bərpa olunmasıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Xəyal Bəşirov bildirdi ki, İranda baş verən proseslər təbii ki, bütün dünyanın gündəmindədir.

"O cümlədən, bizə qonşu dövlət olduğuna görə, regionumuza yaxın yerləşdiyinə və on milyonlarla Azərbaycan türkünün yaşadığı bir ölkə olduğuna görə bu proseslər bizim də diqqət mərkəzimizdədir. Bu, bizi müəyyən mənada ciddi şəkildə narahat edir. İranda baş verən bu proseslərdə, göründüyü kimi, kənar müdaxilələr də mövcuddur. İranda əsas məqsəd bu proseslərin alovlandırılması, eyni zamanda kənar müdaxilənin edilməsi hazırkı rejimin devrilməsi ilə bağlıdır. Şahın oğlunun meydana çıxarılması və onun tərəfindən mesajların verilməsi ondan xəbər verir ki, şah rejiminin bərpasını istəyən qüvvələr də var. Yəni bu işdə təkcə həmin qüvvələr maraqlı deyil, amma belə qüvvələr də mövcuddur. Mən düşünürəm ki, biz daha çox İranda yaşayan Azərbaycan əsilli soydaşlarımızla bağlı narahatlığımızı ifadə etməyə çalışırıq. Orada yaşayan insanlarla bağlı hesab edirəm ki, hazırda İranda hakimiyyətdə olan rejim tərəfindən onlara qarşı məhdudiyyətlərin tətbiq edilməsi, hüquqlarının pozulması istiqamətində addımların atılması təbii ki, xoşagələn deyil və bizim tərəfimizdən ciddi narahatlıqla qarşılanır. Dəfələrlə belə hallar olub, xüsusilə də təbii hadisələr zamanı, onların əsas fundamental hüquqları, Azərbaycan dili və bir sıra digər məsələlərlə bağlı problemlər yaşanıb. Amma şah rejimində də azərbaycanlılar indiki dövrdən daha yaxşı vəziyyətdə yaşamayıblar. Şah rejimi dövründə də çoxlu sayda azərbaycanlının hədəf alındığı, onlara qarşı hətta vəhşiliklərin törədildiyi hallar tarixdə mövcuddur və bununla bağlı faktlar var", - deyən müsahibimizin fikrincə, şah rejiminin bərpa edilməsi oradakı azərbaycanlıların xeyrinə olmayacaq:

"Əksinə, indiki mərhələdə Azərbaycan əsilli insanların İranda mövqeyi şah rejimi dövrü ilə müqayisədə daha güclüdür. Hətta hazırkı İran Prezidenti Məsud Pezeşkian da Azərbaycan əsilli insandır və o, Azərbaycan dilində danışmaqla Azərbaycan türkü olduğunu dəfələrlə nümayiş etdirib. Bu baxımdan şah rejiminin bərpası və ya İranda xaosun yaranması bizim istəklərimizə uyğun deyil. Biz heç vaxt heç bir dövlətin, xüsusilə də qonşu ölkələrin daxilində xaosun tərəfdarı olmamışıq. Bununla yanaşı, bizim üçün İranda demokratik bir rejimin formalaşması, insanların hüquq və azadlıqlarının qorunması və onlara hörmətlə yanaşılması da arzuolunandır.

Bu baxımdan hesab edirəm ki, İranda baş verən etirazlar mövcud hakimiyyət tərəfindən süngü ilə qarşılanmamalıdır. Əksinə, insanların səsi eşidilməli və onların kütləvi etirazları istiqamətində addımlar atılmalıdır. Çünki bu, bir, iki və ya on nəfərin mövqeyi deyil".

Siyasi şərhçiyə görə, İran hakimiyyəti də düşünməlidir ki, zaman-zaman kənar müdaxilələr və müxtəlif formalı inqilab təşəbbüsləri olsa belə, daxildə kütləvi etirazlar mövcud olmadan bu cəhdlər reallaşa bilməz.

"İnsanların kütləvi etirazlarına səs verməklə və onların haqlı tələbləri istiqamətində addımlar atmaqla İran hakimiyyəti əslində kənar müdaxilələrin də qarşısını ala bilər. Kənar müdaxilələrin qarşısını zor və silah yolu ilə almaq həmişə uğursuz olub və indi də uğursuz olacaq. Bu, bütün dövlətlərə münasibətdə bir reallıqdır. Ona görə də ən düzgün yol İran hakimiyyətinin etiraz edən insanların haqlı tələblərinə diqqət yetirməsi və bu istiqamətdə addımlar atması olardı. Etiraz edənlər arasında kənar qüvvələrə xidmət edən şəxslərin ola biləcəyi istisna edilmir. Lakin etirazların qanuni şəkildə tənzimlənməsi və insanların səsinin eşidilməsi mövcud vəziyyətdən çıxış üçün ən doğru yol hesab edilə bilər", - deyə Xəyal Bəşirov qeyd etdi.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri