Icma.az
close
up
RU
“Prime Cotton” Yevlaxda pambıqçılar üçün “Açıq tarla günü”nü keçirib FOTO

“Prime Cotton” Yevlaxda pambıqçılar üçün “Açıq tarla günü”nü keçirib FOTO

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan pambıq və tekstil sənayesində lideri GP Cotton Holdinqə məxsus "Prime Cotton" şirkəti tərəfinfən bu gün Yevlax rayonunda ənənəvi “Açıq tarla günü” təşkil edilib.

APA-nın yerli bürosunun məlumtına görə, tədbirdə Azərbaycanın 15 regionundan 170 fermer, aqronom, tərəfdaş şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirin əsas məqsədi fermerlərlə əməkdaşlığın gücləndirilməsi, aqrotexniki xidmətlər üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi, həmçinin “Prime Cotton”un innovativ təsərrüfatlarında aparılan pambıq sınaq əkini nəticələrinin paylaşılması olub.

“Açıq Tarla Günü”ndən sonra “Prime Cotton” tərəfindən Naftalanda fermerlərlə konfrans keçirilib.

Konfransı “Prime Cotton”un İcraçı direktoru Rövşən Mahmudovun çıxışı ilə açıq elan edib. O, şirkətin 30 illik fəaliyyət yolundan, pambıqçılıqda tətbiq olunan yeni texnologiyalardan və gələcək hədəflərdən danışıb: ““Prime Cotton” olaraq bizim ən böyük gücümüz fermerlərimizdir. “Açıq Tarla Günü” təkcə yeni texnologiyaların və innovasiyaların təqdimatı deyil, həm də 7000-dən çox fermer şəbəkəmizlə birgə inkişaf yolunda atdığımız strateji addımdır. Bizim məqsədimiz pambıqçılığı daha səmərəli, dayanıqlı və beynəlxalq bazarlarda rəqabətədavamlı etməkdir”.

Daha sonra Baş əməliyyat direktoru Rövşən Çobanzadə və İdarə Heyətinin üzvü Peter Parr çıxış edərək “Prime Cotton”un strateji planlarının əsas istiqamətlərini – müasir texnologiyaların tətbiqi, Pima pambığının genişləndirilməsi, aqrar xidmətlərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarını vurğulayıblar.

Tədbir çərçivəsində 9 dərman və toxum şirkəti fermerlər üçün təqdimatlar keçirib.

Onların sırasında Progen Tohum A.Ş., MayTohum, ÖzAltın, Golden West, Aqrobiocore MMC, Aqrar Sığorta Fondu, Sas Agro MMC, Pasific Tohum və digər tərəfdaş şirkətlər yer alıb.

Təqdimatlarda pambıqçılıq sahəsində ən son yeniliklər, yeni toxum sortları, gübrələmə və bitki mühafizəsi vasitələri, müasir suvarma texnologiyaları və sığorta mexanizmləri barədə ətraflı məlumat verilib.

Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov çıxışında pambıqçıların sığorta ilə bağlı üzləşdiyi problemlərdən danışıb. O, sığorta prosesində fermerlərin diqqət yetirməli olduqları vacib məqamları izah edib və risklərin azaldılması üçün praktik tövsiyələr verib.

“Açıq tarla günü” "Prime Cotton"un strateji yanaşmasının mühüm hissəsi kimi qiymətləndirilib.

Tədbirdə qeyd edilib ki, dövlət həmişə pambıq əkən fermerlərə diqqət, qayğı göstərir. Fermerlər “Prime Cotton”un 30 illik yubileyi ilə bağlı keçirilən bu tədbiri sahə üzrə təcrübə mübadiləsi və tərəfdaşlıq imkanlarının gücləndirilməsi baxımından yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Prime Cotton” MMC Azərbaycanın pambıq sənayesində lider şirkətlərdən biridir. Şirkət pambığın tarladan ipliyə və hazır məhsula qədər bütün zəncirini əhatə edən inteqrasiya olunmuş istehsal modelinə malikdir.

“Prime Cotton” ölkə üzrə 7 000-dən çox fermerlə əməkdaşlıq edir, müasir texnologiyalar tətbiq edir və pambıqçılığın dayanıqlı inkişafına töhfə verir. 2025-ci ildə şirkət 30 illik yubileyini qeyd edir. GP Cotton Holdings “Prime Cotton”un daxil olduğu iri sənaye qrupu olub, pambıqçılıqdan tekstilə qədər uzanan geniş istehsal və emal infrastrukturuna malikdir.

Holdinq həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda fəaliyyətini genişləndirir, dayanıqlılıq, şəffaflıq və innovasiya prinsiplərinə əsaslanaraq Azərbaycan pambığını dünya bazarına çıxarır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri