Icma.az
close
up
RU
Professor: Birinci Türkoloji Qurultayda müzakirə edillmiş məsələlər bu gün də aktualdır

Professor: Birinci Türkoloji Qurultayda müzakirə edillmiş məsələlər bu gün də aktualdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

1926-cı ilin fevralında, yəni 100 il bundan əvvəl Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqlarının tarixində mühüm hadisə kimi yadda qalıb. Sovet imperiyasının bu qurultayı təşkil etməsinin arxasında siyasi məqsədlər dayanırdı.

Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlifba məsələsi artıq gündəmə gətirilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildə Əlifba Komitəsi yaradılmışdı. Bu sahədə iki əsas qrup formalaşmışdı: biri ərəb əlifbasının islah olunması tərəfdarları, digəri isə latın əlifbasına keçidi dəstəkləyənlər idi. Əslində, sovet hakimiyyətinin əsas məqsədi türk xalqlarının əlifbasını dəyişmək, sovet türk respublikaları ilə Türkiyənin ortaq dəyərlərindən ən vacibi olan əlifba birliyini aradan qaldırmaq və onlara kiril əlifbasını tətbiq etməklə imperiya siyasətini həyata keçirmək idi. Lakin həmin dövrdə sovet hakimiyyəti hələ kifayət qədər möhkəm deyildi və yuxarı səviyyədə birbaşa bu addımı atmağa cəsarət etmirdi.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bildirib. Onun sözlərinə görə, Türkoloji Qurultayın keçirilməsi hökumət üçün birinci növbədə yeni əlifbaya keçidin təmin olunması məqsədini daşıyırdı. Lakin bu hərəkatın başqa bir yönü də, hökumət istəməsə belə, türk birliyi məfkurəsi və ideyasının yenidən gündəmə gəlməsi oldu. “Qurultay zamanı əlifba məsələsi ilə yanaşı, ədəbi dil, terminologiya, orfoqrafiya, dialektologiya, dil əlaqələri, etnoqrafiya, təsviri sənət və digər məsələlər geniş müzakirə mövzusuna çevrilmişdi. Hökumət qurultayın bu formatda keçiriləcəyini və türk xalqlarının yaxınlaşmasına xidmət edəcəyini gözləmirdi. Qurultay türk xalqları üçün ümumi latın qrafikasının yaradılması qərarını qəbul etsə də, bu qərar kağız üzərində qaldı və məqsədli şəkildə hər bir türk xalqı üçün ayrıca əlifba tərtib edildi. Qurultay böyük rezonans yaratdı və sovet rəhbərliyini qorxuya saldı. Nəticədə, az sonra ümumittifaq miqyasında əsl türkoloqlara qarşı repressiya dalğası tətbiq olundu, qurultayın fəal iştirakçılarının bir çoxu pantürkist damğası ilə həbs edildi, sürgün olundu və ya güllələndi”, - deyə o əlavə edib. Alim bildirib ki, repressiyalara baxmayaraq, Türkoloji Qurultay türk xalqlarının inkişafında mühüm hadisə kimi tarixə düşdü. Qurultayda irəli sürülmüş və müzakirə olunmuş məsələlər bu gün də aktuallığını qoruyur və türkoloji tədqiqatlar üçün mühüm elmi mənbə olaraq qalır.

Professor Əbülfəz Quliyev Azərbaycan Prezidentinin Sərəncamı ilə 2006-cı ildə Türkoloji Qurultayın 80 illiyinin AMEA-da təntənəli şəkildə qeyd edildiyini xatırladaraq deyib: “Bu münasibətlə türk xalqlarının, türk respublikalarının elm adamları Bakıda beynəlxalq konfransda toplaşmışdılar.

Sentyabrın 30-da AMEA-da I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi heç də təsadüfi deyil. İnanırıq ki, qurultayın 100 illiyi gələn il dövlət səviyyəsində və beynəlxalq miqyasda təntənəli şəkildə qeyd olunacaq. Çünki türkoloji araşdırmaların yenidən təşkili və inkişafı milli dilçiliyin möhkəmlənməsinə, həmçinin Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərinin qorunmasına, tədqiqinə əhəmiyyətli töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri