Icma.az
close
up
RU
“Professor Fazeli türkcə bilsəydi, bu səhvlərə yol verməzdi” Deputat İran professorunun fikirlərinə etiraz etdi

“Professor Fazeli türkcə bilsəydi, bu səhvlərə yol verməzdi” Deputat İran professorunun fikirlərinə etiraz etdi

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Tehran Universitetinin professoru, arxeoloq Həsən Fazelinin həm tarixi, həm də arxeoloji biliklərinin natamam olduğu görünür. Əgər onun Xəzər dənizi ilə bağlı təsəvvürləri, elmi və akademik bilgiləri yetərli olsaydı, anlayardı ki, həm “Xəzər”, həm də “Kaspi” eyni mənşəli sözlərdir və hər ikisi türk dilinə aiddir”.

Bunun Gununsesi.info-ya açıqlamasında Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü, deputat Hikmət Babaoğlu bildirib:

““Kaspi” sözünün kökündəki “kas” komponenti “Kafkaz” (Qafqaz) sözünün də əsasını təşkil edir. “Kas” – uca, yüksək, böyük və geniş mənalarını daşıyır. “Kafkaz” isə “baş” (qaf/qafa) və “kas” (uca, yüksək) sözlərinin birləşməsindən yaranıb. Maraqlıdır ki, xalq arasında uca boylu quşlar da “qas” adlandırılır – məsələn, qaz quşu, boyunun uzunluğuna görə bu cür adlanır. Yəni bu adlar təsadüfi deyil, qədim türk dili sisteminə əsaslanır.

Professor Fazeli, görünür, türk dilini bilmədiyi üçün bu bağlantıları görə bilmir. Halbuki türk dilini bilsəydi, anlayardı ki, bu sözlərin hər biri türkcədir.

“Kas” sözünə “bəy” əlavə edilməklə “Kaspi” (və ya Kasbəy) forması yaranmışdır. Bu da məhz türk dilinin məhsuludur. “Xəzər” sözü də əslində “Kasər” formasının fonetik dəyişmiş halıdır. Burada da eyni “kas/qas” kökünə “ər” (yəni igid, döyüşçü) əlavəsi edilib. Yəni bu ad da savaşçı tayfanın adından yaranıb və bu gün biz onu “Xəzər” kimi tələffüz edirik.

Bu mənada, mən hesab edirəm ki, savadsızlıq və məlumatsızlıq insanı yanlış düşüncələrə sövq edir. Əminəm ki, professor Fazeli bu sözlərin mənşəyini, etimologiyasını araşdırsa, öz mövqeyini dəyişəcək və nə qədər yanıldığını anlayacaq”.

BUNA DA BAX

İranlı professordan Xəzərlə bağlı təxribatçı çıxış

Deputat əlavə edib ki, əgər hər hansı bir ad dəyişdirilməlidirsə, bunun “fars” sözü və “Fars körfəzi” ilə bağlı olması daha məqsədəuyğundur:

“Tarixi mənbələrə əsasən, bu ərazi əvvəllər “Kəngər körfəzi” adlanırdı. “Kəng” və “ər” sözlərinin birləşməsindən yaranan bu ad, sonralar farslar tərəfindən dəyişdirilərək “Fars körfəzi” formasında təqdim olunub. Halbuki Azərbaycanda bu gün də “Kəngərli” adlı kəndlər və tayfalar mövcuddur.

Professor Fazeli bu məsələləri dərindən öyrənsə, yəqin ki, gələcəkdə “Fars körfəzi”nin əsl adı ilə – yəni “Kəngər körfəzi” kimi adlandırılması ilə bağlı təşəbbüs irəli sürər.

Sadəcə, bütün bunlar üçün onun bir qədər savadlanmasına ehtiyac var. Azərbaycanda bu sahədə kifayət qədər nüfuzlu və savadlı alimlər var. Buyursun, gəlsin, bu mövzularda akademik müzakirələr aparaq, biz yalnız məmnun olarıq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Avqust 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri