Icma.az
close
up
RU
Professor: Orqan köçürülmələr üçün Donor Bankı yaradılmalıdır

Professor: Orqan köçürülmələr üçün Donor Bankı yaradılmalıdır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Adil Qeybulla: "Qardaş Türkiyədə orqan nəqli ilə bağlı “Yol xəritəsi” var. Bunu öyrənsinlər, necə tətbiq edildiyinə baxsınlar"


Orqan transplantasiyası ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var

Hazırda 459 uşaq orqan transplantasiyası üçün növbədədir. 2025-ci ilin son statistikasına əsasən, 28 uşağa orqan transplantasiyası həyata keçirilib. Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatında bildirilir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanandan bu sahədə bir sıra yeniliklər, irəliləyişlər olub. Müsbət dəyişiklik həm də budur ki, orqan transplantasiyası da icbari tibbi sığorta paketinə daxil edilib. Yəni orqan köçürmə əməliyyatları dövlət hesabına maliyyələşir. Elə isə orqan köçürülməsi üçün növbədə olanların sayının keçirilən əməliyyatlara nisbətən çox olmasına səbəb nədir? Prosesi ləngidən əməliyyatları keçirəcək tibbi personal çatışmazlığıdırmı, avadanlıqlar, tibbi vasitələrmi çatışmır, cərrahlar zaman ayıra bilmirmi, yoxsa köçürmə üçün orqan tapılmır? 


Orqanlarımızı niyə bağışlamaq istəmirik?     

Orqan transplantasiyası haqqında danışılanda, əlbəttə, mərhum millət vəkili Qənirə Paşayeva xatırlanır. Məlumdur ki, Qənirə xanım sağlığında ikən orqanlarının bağışlanmasını vəsiyyət etmişdi. Vəsiyyətinin yerinə yetirilməsi tibbi göstəricilər baxımından mümkün olmadı, amma Qənirə xanım nümunəvi bir örnək qoydu. Vəsiyyəti ilə göstərdi ki, onun üçün millətinin sağlamlığı, bir nəfərin belə sağlığına qovuşması nə dərəcədə əhəmiyyətlidir. Ölkəmizdə ikinci belə bir hala hələ ki, rast gəlinməyib. Övladına, valideyninə, doğmasına orqanını bağışlayanlar var. Xatırladaq ki, Hacıqabul sakinləri oğul-ana arasında ötən il qara ciyər transplantasiyası gerçəkləşmişdi. TƏBİB bununla bağlı geniş məlumat yaymışdı. Lakin kimsə “mən öləndən sonra orqanlarımdan istifadə edilsin” deməyib. Hər kəs buna ürək etməz. Bu məsələdə daha çox dini inancların üzərində dayananlar var. Belə izah etməyə çalışırlar ki, insan məzara bütöv bədəni ilə - yaradılış necə olubsa, o cür getsə yaxşıdır. Halbuki, belə bir ilahi buyuruq və ya şəri qayda olduğuna nə "Qurani-Kərim"də, nə də səhih hədislərdə rast gəlinir. “Səbəb” din göstərilirsə, dini ehkamlara ciddi şəkildə riayət edilən qardaş Türkiyədə orqan bağışlanmasının çoxsaylı örnəkləri mövcuddur. Türkiyə səhiyyəsində bu sahə kifayət qədər inkişaf edib. Bu ölkədə orqan transplantasiyası əməliyyatlarının sayı da çoxdur. Ötən illərdə belə əməliyyatlara xeyli nümunə göstərmək mümkündür. Beyin qanaması keçirmiş polis məmuru Sami Şahinin beyin ölümü gerçəkləşdikdən sonra ailəsi tərəfindən orqanlarının bağışlanması qərarına gəlinib və onun qolları 9 yaşındaykən dinamit partlaması nəticəsində əllərini bilək hissədən itirən, hazırda 34 yaşında olan Yavuz Ayılmazdıra nəql edilib. Bu əməliyyat 14 saat davam edib. Xəstənin reanimasiya şöbəsindəki müalicəsi isə 60 saat sürüb. Ədirnədə isə elektrik vuran 14 Azat Yapşıklı 12 gün sonra beyin ölümü keçirib. Ailə üzvləri Azatın orqanlarını bağışlamaq istədiklərini bildiriblər. Və onun böyrəkləri, qara ciyəri və bağırsağı müxtəlif xəstəxanalarda orqan transplantasiyası gözləyən xəstələrə köçürülüb. Belə örnəklər çoxdur, hamısını sadalamayaq. Bizcə, məsələ ölkəmizdə orqan köçürməsinin hələ kifayət qədər populyarlaşmaması, səhiyyə sisteminin bu sahəyə yetəri qədər diqqət ayırmaması, önəm verməməsidir. Orqan köçürməsinin əhəmiyyəti cəmiyyətdə ciddi şəkildə təbliğ edilməli, sosial reklamlar, çağırışlar olmalıdır. Narkomaniyadan, məişət zorakılığından, erkən nikahlardan çəkindirən sosial reklamlarla yanaşı orqan köçürülməsinə xüsusi ehtiyac olduğunu da insanlarımız bilməli və getdikcə bu vacib məsələ həyatımıza, məişətimizə daxil olmalıdır.   


İcbari tibbi sığorta nə edəcək? 

Orqan transplantasiyası icbari tibbi sığorta zərfinə daxil edildiyindən ehtiyaclı insanların əməliyyat olunması xeyli asanlaşıb. Vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları icbari tibbi sığortaya daxildir. Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilir ki, orqan və toxumaların köçürülməsi zamanı iki subyekt əsas götürülür: Donor və resipiyent. Donor– öz orqan və ya toxumalarını xəstə şəxsə köçürmək üçün könüllü olaraq verən şəxsdir. Resipiyent – müalicə məqsədilə orqan və ya toxumalar köçürülən (qəbul edən) şəxs hesab edilir. Transplantasiya üçün bir canlı donorun da əməliyyata hazırlanması və əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir. Orqan transplantasiyasına ehtiyacı olan vətəndaş sənədləri ilə bir yerdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə birbaşa müraciət etməlidir. Koordinasiya Mərkəzi Bakı Sağlamlıq Mərkəzində yerləşir. Koordinasiya Mərkəzinin nümayəndəsi pasiyentin (əvvəlki tibbi müayinə nəticələrini) sənədləri ilə tanış olur. Bu sənədlər klinik, laborator və instrumental müayinələrin nəticələri və müvafiq ixtisas üzrə həkim-mütəxəssislərin rəyləri daxil olmaqla, müalicə aldığı tibb müəssisəsindəki xəstəlik tarixindən çıxarış (epikriz) ola bilər. Resipiyentə tibbi baxış keçirilərkən, əlavə müayinələrin aparılması barədə qərar qəbul edilə bilər. 18 yaşına çatmış birinci dərəcəli qohumu donor olmağa razıdırsa, pasiyent müvafiq lisenziyası olan tibb müəssisələrindən birinə yönləndirilir. Həmin xəstəxanada transplantasiya üzrə Komissiya üzvləri əməliyyatın zəruriliyi barədə rəy verir. Bu qərar  Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə göndərilir. Bundan sonra Mərkəz transplantasiya əməliyyatının hazırlıq prosesinə başlamaq üçün icazə verir. Müvafiq tibbi xidmət icbari tibbi sığorta təminatına daxildirsə vətəndaşlara ödənişsiz tibbi yardım göstəriləcək. 


Donor bankı olmalıdır


Tibb elmləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla Sherg.az-a açıqlamasında qeyd etdi ki, orqan transplantasiyasında ən vacib məsələlərdən biri donor bankının yaradılmasıdır: 

seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri