Icma.az
close
up
RU
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900 dən çox kadr yerləşdirib

Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900 dən çox kadr yerləşdirib

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Ramiz Mehdiyevin həbsi çoxdan gözlənilirdi. Fikrimcə, uzun illər Rusiya buna mane olurdu”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən danışarkən deyib.
Onun sözlərinə görə, 8 Noyabr - Azərbaycan üçün böyük qələbə, ərazi bütövlüyünün tam bərpası günü, 14 Oktyabr - Mehdiyevin həbsi günü isə siyasi müstəqilliyimizin zəfər günüdür.
Sabiq deputat əlavə edib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) uzunmüddətli və səbirlə iş görüb, bu səbəbdən də 14 Oktyabr - DTX-nin də zəfər günüdür.
Professorun iddiasına görə, Mehdiyev Azərbaycanın siyasi elitasını məhv edib: “O, erməni terrorçularının əleyhinə iş görənləri, vətənini, millətini və dövlətini sevənlərin həyatını qaraldıb. Mehdiyev hayların bir nömrəli adamı və Rusiyanın “beşinci kolonu”nun aparıcı simasıdır. Onun yüksək vəzifələrə yerləşdirdiyi çoxlu sayda kadr var. Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışarkən bəzi zərərli müxalif qüvvələri də Mehdiyev maliyyələşdirib və lazım gələndə onlardan dövlət başçısına qarşı istifadə edib. Xaricdəki söyüşçü blogerlər də bunun vasitəsilə maliyyələşdirilib”.
C. Nuriyev bildirib ki, hazırda R. Mehdiyevə yaxın olan 10-dan çox icra başçısı, 30-a yaxın deputat var:
“Prezident Administrasiyasında və Nazirlər Kabinetində də onun kadrları var. Ümumən Mehdiyev 900-dən çox şəxsi yüksək vəzifələrə yerləşdirib. Üstəlik, bunlardan rüşvət alıb. Bir tərəfdən adamları vəzifələrə yerləşdirib, digər tərəfdən onlardan pul alıb. Mehdiyev yüzlərlə insanın taleyini məhv edib. Üstəlik, Rusiyaya nökərçilik edib. Məsələn, alternativi olmayan Ağ kürünü Rusiyadakı yüksək çinli məmurlara daşıyıb.
Eşitdiyimə görə, Paturşev, Narişkin və digər şəxslər bunun bağ evinə gəlib-gedirlərmiş”.
Professor iddia edir ki, bir neçə nazirlik, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Mehdiyevin kadrlarının nəzarətindədir: “Hesab edirəm ki, belə nazirliklərdə və digər strukturlarda kadr baxımından ciddi təmizləmə işləri görülməlidir.
Məndə olan məlumata görə, Mehdiyev yaxın ətrafına deyibmiş ki, bir gün də olsa, prezident vəzifəsində çalışacaq”.
DTX-nin xüsusi “cərrahiyyə” əməliyyatı ilə Azərbaycan üçün xərçəng xəstəliyini faktiki olaraq neytrallaşdırdığını deyən professor qeyd edib ki, Mehdiyevin elmə bağlılığı yoxdur və bu səbəbdən də onun akademik titulu alınmalıdır: “Bu adamın özü bir kitab yazmayıb, ona-buna yazdırıb. Məncə, ona verilən bütün dövlət ordenləri və fəxri adlar alınmalıdır”.
Mehdiyevin Azərbaycanın ən böyük oliqarxı olduğunu iddia edən Nuriyevin sözlərinə görə, sabiq aparat rəhbərinin Azərbaycanda və xaricdəki daşınmaz əmlakı və biznesi 3-5 milyard dollara yaxın olar və bunlar müsadirə edilməlidir.
Professor xatırladıb ki, dövlət başçısı 2019-cu ildə Ramiz Mehdiyevi vəzifədən azad etdikdən az sonra Azərbaycan Qarabağda qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib:
“2025-ci ildə Mehdiyevin barəsində həbs qərarının çıxarılması suverenliyimizin möhkəmlənməsi anlamını verəcək. Mehdiyev beşbaşlı əjdaha idi. Onun əməlləri nəticəsində 50-yə yaxın insan ölüb. Ən azı 20-yə qədər istiqlalçı millət vəkilinin ürəyi məhz Ramiz Mehdiyevin əməllərinə dözməyərək partladı. Mehdiyev bizim həyatımızı qaraltdı. Ən enerjili vaxtlarımızda bizim kimi yüzlərlə insana imkan vermədi ki, bu dövlət üçün əlimizdən gələni edək, onun inkişafına töhvə verək. Millətimizi və dövlətimizi sevdiyimiz üçün bizi yaxına buraxmadı, şəxsən mən 20 ildən çox işsiz qaldım”.
C. Nuriyev sonda Mehdiyevin həbsinə görə həm DTX-ya, həm də Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Nemət ORUCOV
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri