Icma.az
close
up
RU
Prokuror köməkçisi vəzifəsinə təyin olunmuş gənc: Biliklərimi ölkəmin hüquq sisteminin inkişafına yönəldəcəyəm AZƏRTAC

Prokuror köməkçisi vəzifəsinə təyin olunmuş gənc: Biliklərimi ölkəmin hüquq sisteminin inkişafına yönəldəcəyəm AZƏRTAC

Bakı, 14 yanvar, AZƏRTAC

“Prokurorluq orqanlarına qəbul imtahanları tam şəffaf şəkildə həyata keçirilib, bu, hər bir gənc hüquqşünas üçün böyük motivasiya mənbəyidir. Əldə etdiyim bilik və bacarıqları ölkəmin hüquq sisteminin inkişafına yönəltməyi qarşıma məqsəd qoymuşam”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tərtər rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunan Azər Cəfərov jurnalistlərə açıqlamasında söyləyib.

2022-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirən A.Cəfərov 2024-cü ildə prokurorluq orqanlarına keçirilmiş müsabiqədə iştirak edərək test, yazılı və müsahibə imtahanlarını uğurla başa vurub və icbari təlim proqramına cəlb olunub. Bu təlimi uğurla tamamladıqdan sonra 2025-ci il yanvarın 14-də Tərtər rayon prokurorunun köməkçisi vəzifəsinə təyinat alıb.

seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri