Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Prokurorluq Auditorlar Palatasından 700 min manatın hara xərclənməsini yoxlayıb İLGİNC MƏHKƏMƏ ARAŞDIRMASI

Prokurorluq Auditorlar Palatasından 700 min manatın hara xərclənməsini yoxlayıb İLGİNC MƏHKƏMƏ ARAŞDIRMASI

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Büdcə xərclərinin şəffaflığını yoxlamalı olan Azərbaycan Auditorlar Palatasının özü 700 min manatlıq mənimsəmə qalmaqalının içindədir.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Palatanın Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hazırda şahidlərin dindirilməsi mərhələsidir.

Prosesdə prokurorluq əməkdaşı Vəlixan Allahverdiyev şahid qismində ifadə verib. Vəlixan Allahverdiyev ilkin olaraq Auditorlar Palatası, sonradan isə prokurorluq da yoxlama aparıb:

“Biz yoxlama apardıq. Məlum oldu ki, bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul vəsaiti köçürüblər. Yoxlama 2018-2022-ci illəri əhatə edib. 2019-cu ilədək pullar kassadan, növbəti illər ərzində isə Auditorlar Palatasından banka, oradan da hissə-hissə müxtəlif kartlara köçürülüb”.Müttəhim Vəli Rəhimovun vəkili Faiq Nəcəfov yoxlamanı aparan şəxsə kassa yoxlaması zamanı mədaxil və məxaric olan pulların qeydiyyatı barədə qeyd götürüb-götürmədiyi və həmin məbləğlərin həcmi ilə bağlı sual verib.

Şahid məbləğlərin yaddaşında əzbər qalmadığını, qeydlər götürdüyünü bildirib. Vəkil bildirib ki, götürülən pullar sonradan kassaya mədaxil edilib.

Şahid yoxlama və verilən rəyin Gövhər Əhmədova və Vəli Rəhimovun ona təqdim etdiyi sənədlər əsasında aparıldığını bildirib. Vəli Rəhimov Gövhər Əhmədovanı saxta sənəd verməkdə ittiham edib: “Əvvəlki prosesdə də bildirmişəm, həmçinin bununla bağlı ittiham aktında da yazılıb. Gövhər xanım 65 nəfərin adı qeyd olunan siyahını imzalamaq üçün verirdi. Ona diqqət edirdim. 65 nəfərin maaşının cəmini hesablamırdı. Artıq yazılan məbləğ həmin cəmə əlavə olunurdu”.Vəli Rəhimovun vəkili mühasibatlıq ekspertizasının aparılması ilə bağlı məhkəməyə vəsatət verib. Vəsatət təmin olunub. İş üzrə məhkəmə ekpertizasının təyin olunması və ekspertə konkret sualların verilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edək ki, Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib. Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 700 min manatdır. Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb. Prosesi iyulun 4-də davam etdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri