Prokurorluqdan tapşırıq: İtkin düşənlərin tapılması üçün...
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda itkin düşmüş şəxslərin tapılması üçün tədbirlərin intensivliyinin artırılması üçün tapşırıqlar verilib.
Axar.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının cari ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.
Əməliyyat müşavirəsində bununla bağlı tapşırığı Bakı şəhər prokuroru verib.
Bundan başqa, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 16 İyul 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















