Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilən tanışlıqlarda yaşanır. Qurbanların əksəriyyəti isə qadınlardır.

Bəzi kişilər virtual aləmdə tanış olduqları qadınlardan bir müddət sonra çılpaq şəkillər istəyir. Çox vaxt qadın təcrübəsizlik edərək onun bu istəyini həyata keçirir. Sonda isə göndərdiyi şəkillər qadını şantaj obyektinə çevirir. Beləliklə, qarşı tərəf onu hədələyərək külli-miqdarda pulunu mənimsəyə bilir. Analoji situasiyalarda qadınlar özünü necə qorumalıdır ki, sonda qurbana çevrilməsinlər? Bu mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Aytən Ələkbərova bir sıra nüanslara toxunub. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün insanlar yeniyetmə vaxtlarından cinsəl tərbiyə mövzusunda maarifləndirilməlidirlər:

“Belə məsələlər səbəbindən psixoloqa müraciət edən qadınlar çoxdur. Cavan və subay qız pasientlərim mənə gəlib deyir ki, Aytən xanım, sanki mən hər dəfə eyni səhvi edirəm. Bildirirlər ki, qarşı tərəflə münasibətə başlayandan bir müddət sonra oğlan həmin qızdan sözügedən fotoları atmasını tələb edir, atmadıqda isə soyuyub, uzaqlaşmağa başlayır. Qızlara və qadınlara belə adamlar tərəfindən bir fikir aşılanır ki, əgər sən mənə istədiklərimi virtual olaraq verə bilmirsənsə, sənə xəyanət etməyə məcburam. Bəzən elə olur ki, yeniyetməlik dövründə, şagirdlər arasında bu kimi hallar baş verir. Onda insanlar düşünür ki, uşaqdır, virtual sevgi yaşayır. Ancaq bu məsələlərə yeniyetməlik dövründən diqqətlə yanaşılmalıdır. Uşaqlara cinsəl tərbiyəni öyrətmək bu baxımdan çox vacibdir. İlk olaraq, mövqeyimiz bundan başlayır ki, əsl kişi keyfiyyətlərini yeniyetmələrdə 2 yerə bölürük: özü üçün olan ləqayət və hamı üçün olan ləyaqət. Təbii haldır ki, kiçiklərdə özü üçün olan ləyaqətin içində onun qüvvətliliyinə, cəsarətinə və iradəsinə inam hissi yaranmalıdır. Daha sonra ətrafında tanıdığı insanları qorumağı uşağa aşılamaq lazımdır. Bu qoruma isə şiddətlə yox, sadəcə olaraq, mühafizəkar addımların atılması ilə izah olunmalıdır”.

Ekspert vurğulayır ki, qadınlar emosional bağlarını qoruya bilmədikdə belə halların qurbanı olurlar:

“Hazırkı gənclərə, hətta orta yaş qrupunda olan insanlara aid olan qadınları misal göstərə bilərik ki, kimi ailəsindən ayrılır, ya da həyatda bəxti gətirməyib. Biz bilirik ki, hər evli qadın xoşbəxt deyil. Məsələn, hər hansısa bir insanla virtual tanışlıq başlayırsa, təzə tanış olduğu insana bir müddət onu incidən səbəblər və hadisələr haqqında bəhs edir. Ləyaqətini ayaq altına atan kişi isə bu məlumatlardan istifadə etməyə başlayır. “Gecə sindromu” deyilən bir anda, gec vaxtlarda pıçıltı ilə danışılan mövzular zamanı hər iki tərəf elə bir atmosferə düşür ki, bəzən bir-birinə uyğunsuz məzmunda şəkillər göndərməyə başlayırlar. Qadın həmin adama şəkil göndərməyəndə isə kişi küsür və xanımdan üz döndərir. Özünü güclü hesab edən bəy danışdığı xanımı həmin şəkillərlə şantaj etməyə başlayır. Amma burada önəmli məqam var. Hər bir qadın bilməlidir ki, əgər həyatındakı adam onu ciddən sevirsə və hörmət edirsə, ondan çılpaq məzmunlu şəkil göndərməyini istəmir. Bunu edən şəxsin nə dost, nə də yoldaş ola bilməsi mümkün deyil. Sadəcə, qadınlar emosional bağlarını qoruya bilmədikləri üçün bu tələyə düşürlər. Bunun adı şüursuz addımdır. Belə olan halda heç bir irəliləyiş gözləmək mümkün deyil”.

Psixoloq bu kimi hadisələr barədə maarifləndirmə tədbirlərinə ehtiyac olduğunu da qeyd edib:

“Belə hadisələr ortaya çıxandan sonra qınaqlar və iradlar başlayır. Ancaq düşünmürük ki, bunları kim edir. Məncə, ailəsindən gözəl və yerində tərbiyə alan oğlan, kişi adını daşıyan şəxs bunu etməz. Bu adamın həyat yoldaşı, qızı və bacısı olmaya bilər. Amma onu bir ana dünyaya gətirib. Belə davranışlar, ilk növbədə anaya hörmətsizlikdir. Son olaraq isə bunu bildirmək istəyirəm ki, şantaj yolu ilə danışdığı qadından pul tələb edirsə, burada artıq nə mənəviyyat, nə ləyaqət, nə də özünəhörmətdən danışmaq olar. Sevginin ehtiras üzərində qurulması doğru hal deyil. Belə olduğu təqdirdə isə sözügedən duruma düşmək qaçılmazdır. Bunun üçün məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirmə tədbirləri həyata keçirilməli və insanlar məlumatlandırılmalıdırlar”.

 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see167

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see163

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see152

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri