Icma.az
close
up
RU
Psixoloqa gedənlərə niyə dəli kimi baxılır?

Psixoloqa gedənlərə niyə dəli kimi baxılır?

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda psixoloq müraciət edən şəxslərə münasibət birmənalı deyil. Hazırda insanın gündəlik yaşam tərzi onun psixologiyasında izlər qoya bilir. Düzgün zamanda bu təsirləri aradan qaldırmaq üçün isə psixoloq məsləhəti almaq önəmlidir. Lakin bəzi vətəndaşlar psixoloqlara qeyri-ciddi yanaşır. Hətta onlara müraciət edənləri “dəli” adlandırırlar. 

Ailə və uşaq psixoloqu Aynur İsmayılova mövzu ilə bağlı Modern.az saytına açıqlama verib.

Psixoloq deyib ki, əslində insanların ən böyük problemi öz qiymətini başqalarının gözü ilə dəyərləndirməsidir. Bu insanlara ailə, yaxın və ya uzaq qohumlar, dost-tanış və s. aid ola bilər. Bir insanın öz davranış və düşüncələrini başqasının gözü ilə ölçməsi düzgün deyil.

Ekspert bildirib ki, cəmiyyətdə “psixoloq” ilə “psixiatr” anlayışları həmişə qarışdırılır. Psixiatra öz danışıq və davranışlarına riayət edə bilməyən, ruhi xəstəlik daşıyıcıları, öz probleminin fərqində olmayan, özünə, başqalarına bilmədən əziyyət verən, insani düşüncələrdən uzaq şəxslər müraciət edir.

Psixoloqun pasiyentlərinə isə özlərinə, hiss və düşüncələrinə zərər verən, davranışları ilə başqalarını incitdiyini düşünən ən əsası bunun fərqində olan şəxslər müraciət edir. Nəticədə özləri və yaxud da yaxınların məsləhəti ilə könüllü psixoloqa müraciət edirlər.

Aynur İsmayılova vurğulayıb ki, sağlam insan həyatında bir dəfə də olsa, psixoloq müayinəsindən keçməlidir. Ona görə ki, ruh, düşüncə, davranış sağlamlığı fiziki və bədən sağlamlığına tam təsir edir. İnsan yeni paltar geyinəndə dərhal güzgüyə baxıb necə olduğunu görmək istəyir. Ancaq psixoloq da insana sağlamlıq güzgüsünü göstərir.

“Bu gün cəmiyyətdə bəziləri psixoloqa getməyi “dəb” kimi görürlər. Bu isə düzgün yanaşma deyil. Bunun adı insanın öz fərqinə varmasıdır. Texnologiyanın sürətli inkişaf anında yaşadığımız üçün insanlar bütün problemlərinin tez həll olunmasını istəyir. Təəssüflə qeyd etmək lazımdır ki, hazırda ən çox bölgələrdə, ucqar kəndlərdə psixoloqa müraciət edənlərə “dəli” , “havalanmış” biri kimi baxırlar”.

Müsahibimiz izah edib ki, cəmiyyətin bəzi nümayəndələri ilk olaraq bilməlidir ki, “dəli insan” özü gedib mütəxəssisə müraciət edə bilməz. Onun yaxınları müraciət edə bilər. Amma psixoloq pasiyentləri tam sağlam insanlardır və bunun da fərqindədirlər.
Zərif Sofiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Aprel 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri