PSJ ardıcıl üçüncü dəfə Çempionlar Liqasını qazanmaq istəyir: Ruis hədəfi açıqladı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
PSJ-nin futbolçusu Fabian Ruis komandasının UEFA Çempionlar Liqasının cari mövsümündəki əsas hədəflərindən danışıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu ardıcıl üçüncü dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olmağa çalışan Paris təmsilçisinin liqa mərhələsini ilk səkkizlikdə başa vurmaq istədiyini bildirib.
“Düşünürəm ki, son illərdə liqa mərhələsində çox çətin və gərgin oyunlar keçirmişik. Güclü klublarla qarşılaşmışıq və bu il də yaxşı tanıdığımız yüksək səviyyəli komandalarla üz-üzə gələcəyik.
Çempionlar Liqasının mahiyyəti də budur. Amma son mövsümlərdə göstərdiyimiz kimi, özümüzə inanırıq. Bizi çox çətin mübarizənin gözlədiyini bilirik”, – deyə Ruis bildirib.
30 yaşlı yarımmüdafiəçi əvvəlki iki mövsümdə komandanın liqa mərhələsini ilk səkkizlikdə başa vura bilmədiyini də xatırladıb.
“Əvvəlki iki mövsümün heç birində ilk səkkizliyə düşə bilməmişik. Buna görə də əsas məqsədlərimizdən biri liqa mərhələsini ilk səkkizlikdə, mümkün qədər yüksək pillədə başa vurmaqdır. Bunun çətin olacağını anlayırıq, amma bu il həmin hədəfə çatmağa çalışacağıq”.
Qeyd edək ki, Ruis PSJ ilə ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Daha sonra isə İspaniya millisinin heyətində dünya çempionluğunu qazanıb.
Baxış sayı:93
Bu xəbər 12 Oktyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















