PSJ ilə Mbappe arasında məhkəmə çəkişməsi: Futbolçu 263, klub 440 milyon avro tələb edir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paris, 18 noyabr, AZƏRTAC
Hazırda İspaniyanın “Real Madrid” komandasında çıxış edən Kilian Mbappe ilə Fransanın PSJ klubu arasında davam edən hüquqi mübarizdə yeni epizod yaranıb.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı futbolçu Paris klubundan 263 milyon avro tələb edir. Klub isə öz növbəsində, keçmiş hücumçusunun 440 milyon avro təzminat ödəməsini istəyir. Bu məbləğin 180 milyon avrosu hücumçunun 2023-cü ilin iyul ayında Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun təklif etdiyi 300 milyon avroluq transfer müqaviləsini rədd etməsindən sonra yaranan zərərin ödənilməsi üçün nəzərdə tutulub. Mbappe həmin vaxt PSJ ilə müqaviləsinin müddətini 2024-cü ilin yayına qədər uzatmağa və “Real Madrid”ə pulsuz keçməyə qərar vermişdi. 60 milyon avro isə klub nümayəndələrinin iddia etdiyi kimi, ziyan və mənəvi təzminat kimi tələb olunur.
Kilian Mbappenin tələb etdiyi təzminatın böyük hissəsi müqavilə şərtlərinin dəyişdirilməsi, mənəvi təzyiq və psixoloji zorakılıq ilə əlaqədardır. 2023-cü ilin yayında PSJ rəhbərliyi Mbappenin müqavilənin bitməsindən sonra klubdan ayrılacağını biləndə, onu əsas komandadan kənarlaşdırmışdı.
Baxış sayı:23
Bu xəbər 18 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















