Icma.az
close
up
RU
PUA lardan diplomatik körpüyə: Azərbaycan çoxvektorlu təhlükəsizlik siyasəti qurur

PUA lardan diplomatik körpüyə: Azərbaycan çoxvektorlu təhlükəsizlik siyasəti qurur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Qafqazda güc oyunu

Azərbaycan İsraillə əlaqələrini dərinləşdirir



Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Təl-Əviv şəhərində rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri İsrail Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb. Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru cənab Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb. Görüşlər hərbi-texniki əməkdaşlıqla yanaşı, iki ölkə arasında strateji əlaqələrin daha yüksək səviyyəyə keçdiyini göstərir. 


Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, səfərin mahiyyəti təkcə ikitərəfli müdafiə əlaqələrinin inkişafı ilə məhdudlaşmır. Ekspert vurğulayıb ki, bu, Azərbaycan üçün geniş mənada təhlükəsizlik siyasətinin şaxələndirilməsi, regional risklərin effektiv idarə olunması və strateji tərəfdaşlıq anlayışının formatlaşdırılması deməkdir: 


"İllərdir ki, Azərbaycan və İsrail arasında müdafiə, texnoloji və enerji sahələrində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. Lakin son dövrlərdə bu münasibətlərin məzmunu dəyişir. İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları 44 günlük Vətən müharibəsində Azərbaycan üçün mühüm üstünlüklər yaratdı. Bununla yanaşı, tərəflər arasında hərbi təhsil, texnologiya transferi və birgə istehsal kimi sahələrdə də yeni imkanlar formalaşmaqdadır. Bu səfərdə müdafiə nazirinin müavini Aqil Qurbanov və israilli həmkarı Amir Baram arasında keçirilən görüş də məhz bu istiqamətləri əhatə edirdi. Azərbaycan-İsrail müdafiə əməkdaşlığı, xüsusilə Cənubi Qafqazda dəyişən güc balansı kontekstində daha da aktuallaşır. Bu əməkdaşlıq, ilk növbədə, Bakı üçün təhlükəsizlik zəmanətini gücləndirən amildir. Lakin eyni zamanda regiondakı digər güc mərkəzlərinə də siyasi siqnal xarakteri daşıyır".


Analitikin fikrincə, bu prosesin narahat etdiyi aktorlar da var:

 "Xüsusilə İran kimi ölkələr bu münasibətləri özlərinə təhlükə kimi qiymətləndirirlər. Lakin Azərbaycanın xarici siyasəti balans üzərində qurulub. Bakı Tehranla da, Ankara ilə də, Təl-Əvivlə də işləməyi bacaran praqmatik mövqeyə sahibdir. Məsələn, Azərbaycanın müdafiə naziri Zakir Həsənov mayın 13-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdü. Bundan başqa, ölkəmizdə “Araz-2025” birgə təlimləri də keçirildi. Hansı ki, bu təlim zamanı İran və Azərbaycan hərbçiləri Qarabağda birgə tapşırıqları icra ediblər. Azərbaycan İsrail-Türkiyə münasibətlərinin normallaşmasında “körpü aktoru” rolunu oynayır. Bakı həm Təl-Əviv, həm də Ankara ilə sıx əlaqələrə malik azsaylı ölkələrdən biridir. Bu unikal mövqe Azərbaycanın regional və beynəlxalq diplomatiyada nüfuzunu daha da artırır. Səfər həm də bu baxımdan önəm daşıyır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri