Icma.az
close
up
RU
Pul, güc və riyakarlıq... Neft bumu Bakını necə dəyişdi?

Pul, güc və riyakarlıq... Neft bumu Bakını necə dəyişdi?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Aliyənin "Neft Bumu hamıya gülümsəyir" tamaşası haqqında yazısını təqdim edir.

19-cu əsrin axırı, 20-ci əsrin əvvəli. Bakını düşünün. Ağ-qara Bakı. Köhnə-təzə Bakı. İçəri şəhər, bayır şəhər. Bir tərəfdə qara çadralı, yaşmanan qadınlar, bir tərəfdə də üzüaçıq, Avropa geyimli xanımlar. Bir tərəfdə at arabası, bir tərəfdə avtomobil. Canlı musiqi, qramafon. Yeni dünya, köhnə dünya...

Keçmiş keçməyib, gələcək gəlib dediyimiz məqamdadı Bakı. Keçmişlə gələcəyin qovşağında. Sanki alatoranda qarışıq yuxular görürsən. Bu yuxunun personajları da rəngarəngdi: neft milyonçuları, millətçi yeni burjua, maarifçilər, dindarlar, dünyəvilər, türkçülər, ruspərəstlər məmurlar, bolşeviklər, əcnəbilər, demokratlar, mühafizəkarlar və yerli əsilzadələr, yeni təbəqələşmənin içində yaranan yeni tiplər.

Bütün bu mənzərənin zəmanədən başqa bir müəllifi də var: neft. Məhz neft Bakının qanına qarışıb onu sərməst edib. Görəcək günləri görülməyəcək yuxulara calayıb...

Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi Bakının bu neft bumu çağında yaşayan insanlarından, onların taleyindən bəhs edir. Adını şərti olaraq neft bumu qoyduğumuz zaman kimə necə gülümsəyir; kimin vaxtı-baxtı üzünə gülür, kiminə ah çəkdirir. Fələyin çərxini daha sürətlə fırlanmağa vadar edən neft adamların və zəmanənin üzünü ağ edir, yoxsa qara edir...

“Neft bumu hamıya gülümsəyir” pyesinin bu yaxınlarda Gənc Tamaşaçılar Teatrında Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb təqdim olunan tamaşasında rejissor Konstantin Soldatov ilk növbədə zamanı strukturlaşdırır. Tamaşa indiki zamanda reportajla başlayır, çəkiliş gedir, çəkilən ekrandan göstərilir. Və bu, qonaqların təqdimatıdı, həm də müəllifin personajlarla tanışlıq fəndidir. Həm də sinxron çəkiliş-reportaj həngaməsilə keçmişdə indiki zamanı yaradır. Gözəl geyimli personajlar, Bakının elitası bir-bir özlərini ev yiyəsinə təqdim edirlər, məclis cəm olur və məlum olur ki, bunlardan biri milyonçu neftxuda Şahlar Mehmandarovdu (Şövqi Hüseynov), digəri onun oğlu Seymurdu (Bəhram Həsənov), o biri Seymurun Peterburqdan oxumaqdan özü ilə gətirdiyi dostu Peter Omredir (Nurlan Süleymanov), o biri şəhərin jandarma rotmistri Eldar Qasımbəyovdur (Rasim Cəfər), digəri Misir tarixini araşdıran İohan Şvedenkleydi (Kərəm Hadiyev), bu biri yoxsullaşmış qraf Şempanskidir (Rəşad Səfərov), başqa biri qəzet redaktoru Raf Lənkəranskidi (Elnur Hüseynov) ki, bunları bir-bir Bakı qubernatoru Pavel Martınova (Manaf Dadaşov)və onun zövcəsi Nina Vladimirovnaya (Şəbnəm Hüseynova) təqdim edirlər.
Yerdə qalır Seymurun arvadı olacaq Ayişə Yüzbaşova (Asya Atakişiyeva) və madmazel müğənni Marion Dübarri (Səbinə Məmmədzadə). Ki, onları da Seymur Mehmandarovun sevgi üçbucağında tanıyacağıq (Ayişəylə evlənən Seymur onu Dübarri ilə aldadacaq. Ayişə də Eldarla eşq yaşayacaq)

Hərçənd tanımaq da çətindir, çünki kim hansı məzhəbə qulluq edir, ayırd eləmək çətindir; neftxudanın oğlu həm bir sahibkar oğluna layiq kimi davranmaq istəyir, həm sosialist fəhlələrə dəstək verir, həm də gedib nüfuzlu ailədən olan xanımla evlənib abırlı ailə sahibi olmaq istəyir, o biri tərəfdən də Marion Dubarri ilə sevgisini davam etdirir. Balans qoruyur deyəlim. Özündən soruşsaq, vəziyyətə uyğun davranır. Hadisələr irəlilədikcə bu ziddiyyətlər dərinləşməsə də, miqdarca çoxalır.

Əslində, pyesdə elə də bir hadisə, daha düzü, dramaturji hadisə yoxdur, ancaq ekspozisiya, təsvir, bir xəyanət əhvalatı, sonra yenə də pafoslu final.

Soldatov bu vəziyyətdə ən optimalını edir. Tamaşanı fraqmental yuxuvari kompozisiyada düşünür. Və pyesdə ələgələn hər şeydən yapışaraq dramaturgiyaya çevirir. Zatən hadisələrin baş verdiyi zaman ziddiyyətlərlə doludur.

Məsələn, biri bu: tamaşanın qəhrəmanı Seymurun ailəsinə xəyanət motivində Şərq mentaliteti-liberalizm haçalanır: sosial-liberalist cəmiyyət arzulayan Seymur Şərq mentalitetinə aid kişi kimi arvadının aşnasını öldürür, hərçənd özü dəfələrlə onu sevən arvadına xəyanət etmişdi, hətta məhkəməni də nüfuzla, pulla satın alırlar.

İkinci biri bu: Seymurla Ayişənin toy səhnəsinin emosional tonu vizual audio kontrastla artır: Gəlinlik geyən Ayişə, bəy və toy adamlarının yavaşıdılmış toy rəqsini Füzulinin minor muğam notlar üzərində oxunan qəzəli müşayiət edir: “Vəfa hər kimsədən kim, istədim ondan cəfa gördüm, kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm...”

Gələcək zamanda olacaqlardan xəbər gətirən bu səs yad görünmür, yuxuvarilik effektini artırır: axı biz yuxuya gerçəklik haqda hansısa informasiya ilə gedirik. Məsələn, gerçəkdə ölmüş adamları yuxuda görəndə onlarla danışırıq, amma həm də bilirik ki, onlar ölüb. Xatirələrə də elə dalırıq və onlar bu üzdən əzizdi. İndiki zamanda qazandığımız informasiya keçmişi mənalandırır, onu əziz xatirəyə çevirir. Bu da bir cür zaman strukturlaşmasıdı.

Ümumiyyətlə, rejissor bacardıqca, musiqi və səs partiturası, aktyor ifadə vasitələrilə hansısa ziddiyyət və haçalanmaları vurğulayır (məsələn, bəzi səhnələrdə personajların avtomat kuklalar kimi təkrarlanan jestləri və biomexanika hərəkətləri)

Yuxuvarilik, fraqmentallıq, sanki sözügedən ziddiyyətlərin toqquşmasından çilik-çilik olan parçaları bir-birinə toxuyur. Səhnədə qoyulan iki ağ ekran kölgə və proyeksiya ilə qəhrəmanları gah xəyalat, gah da yuxu epizodu kimi göstərir. Mizanlar da gah foyedəki qarışıqlıq, gah da xəyalat dolaşması kimi xaotikdir. Bircə Ayişənin səhnəni üfüqi şəkildə addımlaması düzxətli hərəkətdir. Üstəlik, onun dalınca sürünən qırmızı şərfi həyatının leytmotivi səhnənin ortasından keçir. Bu kimi xeyli effekt və vasitə səhnə dramaturgiyası yaradır. Buna görə rejissora bir daha alqış.

Əhvalatın finalısa pyesdəki kimidir:

Səhnədən səhnəyə İbrahimbəyovun aristokratizm, elita nostaljisi güclənir. Tamaşa boyunca mesenat kimi göstərilən, müdrik tonlu, elit ədalı Şahlar Mehmandarov həbsdəki oğluna mətbuatın güclənib saya salınmasından, nəzarət gücündən şikayətlənir. Bolşevik hakimiyyətindən narazılıq mövzusu açılır. Proletar rəhbəri görməmişcə pirojki yeyir. (bu yerdə tamaşaçı videoları ilə məşhur olan ölkə başçısı Paşinyanı xatırlayır), Neftxuda gileylənir ki, onların üzündən qatil oğlunu həbsdən buraxdıra bilmir. Lənkəranski müxalifət mətbuatı olmasını dövlətlilərə duyduğu paxıllıqla əlaqələndirir. Pyesin əvvəlində Bakının şəhərləşməsinin qeydinə qalan neftxudanın saldığı zoopark dağılır, heyvanlar şəhərə dağılışır, rejissor fürsətdən istifadə edib heyvan maskalarını (başlarını) axıra qalmış personajlara geyindirir: Peter Omre dovşan olur, yəqin ki dovşan kimi ora-bura buyruq üçün qaçdığına görə. Şempanski leş qarğası olur, uçulan səltənətin xarabalığında yem dalınca dolaşır, Raf Lənkəranski isə maraldı (bəlkə, Haqverdiyevin satirasını xatırlatmaq üçün). Proletar rəhbərinin donuz acgözlüyü ilə pirojki yeməsi onu maskadan azad edir, ehtiyac qalmır, vurğulanır ki, o bədbəxt zatən şampanı da necə içmək lazımdı bilmir. Neftxuda Mehmandarova və oğlu Seymura isə heyvan siması verməyə rejissor cəsarət etmir. Baxın, mən qubernatoru demədim, o bu səhnələrdə yoxdu heç.

Vizual olaraq da bu heyvan başlı personajlar xeyli intellektual görünür. Daha nə olsun? Tamaşaçılar ah çəkir. “Axır ki bizdə də”. Seymur da ah çəkir, çıxanda minməyə fayton yoxdu, heyvanları həmişə ac (“Xalqasa həmişə qəpik-quruş çatacaq) xalq kəsib yeyib, avtomobildəsə bolşeviklər gəzir.

İnqilab baş verib, neft bumu yaşanıb, amma Seymur istəyən olmayıb. Fürsət əldən çıxıb. İnşallah gələn dəfə.

Tamaşa yeni ideya palitrasına çıxmır. Tanış rənglər, zəif tonlar.

Teatral, dramatik bir finalsa yəqin ki, tamaşanın rəssamının (Çingiz Babayev) uğurudur. Seymur səhnənin fırlanan dairəsi boyunca, həyat boyunca rastlaşdığı insanlarla rastlaşa-rastlaşa qaçır. Ətrafda tarixin kənara atdığı lazımsız şeylər tökülüb. Sanki fələyin çərxi mərkəzdənqaçma təcili ilə adamları və əşyaları bir kənara atıb. Hamı küskündü: “Bilmirəm bu fələyin mənlə iddiası nədir?..” leytmotivi səslənir hər kəsin içində.

Hansısa bass səsli simli alətlə aranjeman olunmuş “Nature boy” oxunur. Pərdələr enmir. Ştativlər yerində qalır. İkinci neft bumu arzusuyla dairə boyunca qaçıb yorulan Seymura həmin bumu yaşamış tamaşaçılar əl çalır.

Neft bumuna baxmayaraq, azsaylı məhsul ortaya çıxaran kino və teatr sektorunda neftxuda bumu yaşanır. Film və tamaşaların nəzərəçarpacaq faizdə mövzusu neft milyonçularıdır. Neft bumu olmasa da, neftxuda qəhrəmanlar hamıya ekrandan, səhnədən gülümsəyir...

Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras "Arvadını qoru, ona sərbəstlik vermə..." - Tanınmış rus satirikdən sitatlar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Aprel 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri