Icma.az
close
up
RU
“PULSUZ”un yeri səhv düşəndə...

“PULSUZ”un yeri səhv düşəndə...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dilin qorunmasına məsuliyyət daşıyan qurumların məsuliyyətsizliyinə nə ad verək?

Texnologiyaların, internetin inkişafı ilə paralel şəkildə qloballaşmanın da intensivləşməsi günümüzün reallığıdır. Eyni zamanda qloballaşmanın özü ilə bərabər bir sıra fəsadlara yol açdığı da danılmaz faktdır. Qloballaşmadan təsirlənən ən həssas sahələr isə, heç şübhəsiz ki, milli mədəniyyətlər və ayrı-ayrı dillərdir. Belə bir şəraitdə hər bir xalq kimi, biz də əcdadlarımızın yadigarı, milli kimliyimizin göstəricisi olan və müstəqilliyimizin, suverenliyimizin ən mühüm rəmzlərindən biri sayılan Azərbaycan dilinin yad təsirlərdən qorunmasına, daha da saflaşdırılmasına və zənginləşdirilməsinə xüsusi qayğı ilə yanaşmalıyıq. Yeri gəlmişkən, Prezident İlham Əliyev cari il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında dilimizin saflığının qorunmasına növbəti dəfə çağırış edib. “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bir məqamı da vurğulamaq yerinə düşər ki, Azərbaycan dili dünyanın ən gözəl və ən zəngin dillərindən biridir. Dilimizin lüğət tərkibi, qramatik quruluşu mükəmməldir və son dərəcə ifadə gözəlliyi var. Lakin təəssüf doğuran haldır ki, bu gün ölkəmizdə heç də bütün səviyyələrdə Azərbaycan dilinin işlənməsinə və onun saflığının qorunmasına lazımi səviyyədə diqqət göstərilmir. Bir halda xüsusilə də Bakının mərkəzi hissəsində reklam lövhələri əcnəbi dillərdə tərtib olunur, digər hallarda isə qramatik və leksik qaydaları pozulur. Bu isə müvafiq qanunvericiliklə, Konstitusiya ilə Azərbaycan dilinə verilən yüksək dövlət dili statusuna qətiyyən uyğun deyil.

Təqdim olunan foto fakt Azərbaycan dilinə ögey münasibətin əyani təsdiqidir. Belə lövhələrə müxtəlif məkanlarda tez-tez rast gəlmək mümkündür. Adətən, ayrı-ayrı iaşə-ticarət obyektlərinin, istirahət-əyləncə mərkəzlərinin ərazisində belə lövhələr asılır. Bu qəbildən olan lövhələrin asılması daha çox müştəri cəlb etməyə hesablanıb. Bu istək təbii qarşılana bilərdi. Ancaq paytaxt şəhərində hər kəs öz istəyini dil qaydalarını pozmaqla ifadə edə bilməz. İradımız “PULSUZ Wi-Fi BURADA” yazısının məzmunu ilə bağlıdır. Burada “Pulsuz” sözü yerində işlədilməyib. Bu söz tamam fərqli anlam kəsb edir - məsələn, pulsuz insan. Burada söhbət hansısa bir ərazidə internetin ödənişli və yaxud ödənişsiz təklif olunmasından gedir və indiki halda müvafiq reklam lövhəsi sifariş edilərkən, hazırlanarkən “Ödənişsiz Wi-Fi BURADA” yazılmalı idi.

Belə primitiv, savadsız  yanaşma və laqeyd münasibətlə qurumlar eyni “uğurla” “pulsuz” sözünü “havayı” sözü” ilə də əvəzləyəyib belə də yaza bilərlər: “Havayı Wi-Fi BURADA”. Ayrı-ayrı iaşə müəssisələrinin, ticarət obyektlərinin, istirahət-əyləncə mərkəzlərinin savadsızlığı və biganəliyi məsələnin yalnız bir tərəfidir. Bəs dilin qorunmasına məsuliyyət daşıyan qurumların məsuliyyətsizliyinə nə ad verək? Axı bu həmin qurumların birbaşa vəzifə borcudur!

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see359

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see264

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see258

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see234

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see226

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see219

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see216

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see178

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see178

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see176

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see166

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see165

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see163

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see161

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see160

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see159

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see157

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see156

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see152

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri