Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Dərmanları pulsuz alacağıq

Dərmanları pulsuz alacağıq

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq dərman vasitələri də icbari tibbi sığorta vasitəsi ilə əldə edilə biləcək. Ekspertlərin fikrincə, bu məsələdə əsas məqam şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğudur.

Apteklər icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Bəs yeni qanun vətəndaşlara nə verəcək? 

Vətəndaşların büdcələrinə də təsir edəcək

Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti həkim-farmakoloq Aydın Əliyevin fikrincə, bu qərar vətəndaşlarımızın həm sağlamlığı, həm də sosial problemlərinin həlli baxımından əhəmiyyətli olacaq: “Qərar icbari tibbi sığorta sisteminə qoşulan apteklərin özü üçün də müsbət addım kimi qiymətləndirilməlidir. Dərmanların keyfiyyəti, saxlanması və qiymət məsələlərində həm apteklər, həmçinin vətəndaşlar üçün xeyirli olacaq. Dərman vasitələrinin əhali üçün daha əlçatan olacağını düşünürəm. Qiymət fərqlərini də nəzərə alsaq, bu, vətəndaşların büdcələrinə də təsir edəcək”. 

A.Əliyevin fikrincə, bundan sonra reseptlərdə bütün məlumatlar ətraflı şəkildə qeyd ediləcək: “Bu prosesə qoşulan apteklər öz işlərini qanunlara uyğun şəkildə qurmalıdırlar. Reseptlərin də elektron formatda olması həyata keçirilir. İstənilən insan verilmiş məlumatlarla daxil olub öz reseptini yoxlaya bilər. Elektron reseptdə həm xəstənin məlumatları, həmçinin gedəcəyi apteklərin adları göstərilir. İcbari tibbi sığortanın qaydalarına uyğun apteklərlə bağlı olan məsələni tibb müəssisələri özləri həll edəcəklər. Qanunun tətbiqi üçün vətəndaşlar özləri də bunu tələb etməlidirlər”.  

“Tək bizdə tətbiq edilmir”

Sosioloq İlqar Hüseynli isə bildirdi ki, icbari tibbi sığortanın aptek şəbəkələrində tətbiq edilməsi ilk Azərbaycanda həyata keçirilmir: “Dünyanın demək olar ki, əksər inkişaf etmiş ölkələrində icbari tibbi sığortanın sərhədləri yalnız xəstəxanalarda tibbi xidmət göstərilməklə məhdudlaşmır. Məsələn, Türkiyədə elə məhəllə aptekləri var ki, onlar sırf aid olduqları ərazidə yaşayan yaşlı insanlara, sığortalı vətəndaşlara əczaçılıq xidməti göstərirlər”.  

Qərarın əsas hədəfi

İ.Hüseynli qeyd etdi ki, qərarın əsas hədəfi aztəminatlı ailələr, imkanı olmayan şəxslər, icbari tibbi sığorta ilə müalicə prosesinə cəlb olunan vətəndaşların təyin olunmuş reseptlərlə dərmanlarını asanlıqla ala bilməsini təmin etməkdir: “Xəstələrin ilkin həkim müayinəsindən keçməsi, diaqnoz qoyulması ilə iş bitmir. Həkim tərəfindən yazılmış dərman preparatlarının alınması da çox vacib və ciddi məsələlərdəndir. Elə məhz bir çox hallarda xəstələrin qarşılaşdığı əsas problem həkim müayinəsindən keçmək yox, daha çox həkim tərəfindən yazılmış dərman vasitələrinin alınmasıdır. Adətən xəstələr icbari tibbi sığorta ilə müayinədən keçirilir. Lakin sonrakı mərhələdə yazılan preparatları almağa bir çox insanın imkanı çatmır. O zaman xəstənin həkimə getməsi də mənasız olur. Çünki xəstə sağalmaq üçün dərman qəbul etməlidir”.  

“Nəzarət vacibdir”

Müsahibimiz diqqət edilməli məqamlara da toxundu: “Sadəcə, burada müəyyən normativ aktlar qəbul olunmalıdır. İcbari tibbi sığortaya cəlb olunan apteklərin seçimi şəffaf şəkildə həyata keçirilməlidir. Tətbiq edilən zaman diqqət edilməlidir ki, heç bir inhisarçılıq hallarına yol verilməsin. Düşünürəm ki, bütün apteklər icbari tibbi sığorta paketi altında dərman təchizatı həyata keçirə bilməlidirlər. Qanunda qeyd edilir ki, sırf icbari tibbi sığorta sisteminə qoşulmaq istəyən apteklər buraya aid ediləcək. Burada hansı apteklərin həqiqətən də müraciət edib-etməməyi açıq şəkildə göstərilməlidir. Ola bilər ki, icbari tibbi sığortası olan bütün xəstələr apteklərdən dərmanlarını bu sistem vasitəsilə əldə edəcəklər”.  

İ.Hüseynlinin sözlərinə görə, nəzarət edilməli ən vacib məqam isə dərmanların ödənişlərinin zamanında çatdırılmasıdır: “Çox güman ki, İcbari Tibbi Sığorta Agentliyi aptek şəbəkələri ilə müqavilələr bağlayaraq bu işi həyata keçirəcək. Yəqin ki, reseptlər də qeydiyyatdan keçəcək. Müəyyən müddətdən bir, məsələn, ayda bir dəfə icbari tibbi sığorta əsasında alınan dərman preparatlarının pulu ödəniləcək. Amma bu vəsaitlərin zamanında gəlib çatması nə dərəcədə vaxtında reallaşacaq, o qeyri-müəyyəndir. Çünki bu sahədə bir çox hallarda həkimlərin ödənişlərində gecikmələr olduğu faktları mövcuddur. Belə olan halda apteklərə ödənişlərin zamanında edilməsinə nəzarət lazımdır. Hədəf insanların dərman vasitələrinə olan əlçatanlığını təmin etməkdir. Amma hədəfə çatmaq üçün qurumlar üzərlərinə düşən vəzifələri yerinə yetirməli, yaradılan mexanizmə əməl etməlidirlər”.

“Müəyyən dəyişikliklər edilə bilər”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qərara müəyyən dəyişikliklər edilə bilər: “Ambulator dərman vasitələrinin icbari tibbi sığorta tərəfindən qarşılanması məsələsi Milli Məclis tərəfindən birinci oxunuşda təsdiqlənib. Lakin bu qanunun ikinci və üçüncü oxunuşlarda da təsdiqlənməsi nəzərdə tutulur. İkinci və üçüncü oxunuşda müzakirələr gedəcək və müəyyən məsələlər təhlil ediləcək. Bütün məsələlər təsdiq edildikdən sonra artıq qanun qüvvəyə minəcək. O zaman qərar barəsində daha dəqiq məlumat vermək mümkündür”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri