Icma.az
close
up
RU
Pulu artırmağın yolları... daşınmaz əmlak banklara güvənməyən vətəndaşın yatırım seçimində liderdir

Pulu artırmağın yolları... daşınmaz əmlak banklara güvənməyən vətəndaşın yatırım seçimində liderdir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əhali banklara bir o qədər güvənə bilmir. Çünki son illlər belə maliyyə müəssisələrinin sayı yalnız azalıb. Yenə yaxşı günlərini yaşamayan banklar var. Bu halda insanlar pulunu necə qoruyacağını bilmir. Məqsəd həm də pulu artırmaq olur. Buna görə də depozit istiqaməti seçilir. Pulu qoruyaraq artırmağa zəmanət olmaması insanları çətin vəziyyətdə qoyur.

Bizimyol.info xəbər verir ki, ölkədə depozit istiqamətini seçənlər az deyil. Amma bunun riskli tərəfləri də nəzərə alınır. Manatla əmanətlərə təklif olunan faiz cəlbedici görünür. Əksər təkliflər illik 10,5 faizdən aşağı deyil. Hətta 12 faizə çatan paketlər var. Lakin banklar bunu təklif edərkən devalvasiya ehtimalı da yaddan çıxarılmır. Manatın növbəti devalvasiya zamanı 20 faiz civarında dəyər itirəcəyi gözlənilir. Deməli, banka pulunu manatla qoymaqla həm də geriyə düşə bilərsiniz.

Xarici valyuta ilə depozit yerləşdirmək sərfəli görünmür. Əmanətlərin Sığortalanması Fondu fiziki şəxslərin qorunan əmanəti üzrə maksimum 100 min manat kompensasiya əldə edəcəyini bildirir. Yəni banka daha böyük məbləğ yerləşdirdiyiniz halda maliyyə müəssisəsi bağlanarsa, pulunuzun batma ehtimalı yüksəkdir. Ən azı fond kompensasiya ödəməyəcək.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə görə, qorunan əmanətlərin illik faiz dərəcəsi manatla depozitlər üçün 12, dollar və ya avro ilə depozitlər üçün isə 2,5 faizi keçməməlidir. Xüsusilə dollarla əmanətlər üçün daha yüksək təkliflər gözə dəyir. Bəzi təkliflərdə faiz dərəcəsi 4-ü keçir. Amma risk etməyə dəyməz. Hadisələrin gedişi göstərir ki, Azərbaycanda bankların sayı azalmaqda davam edəcək. Əmanətlərin Sığortalanması Fondu bir həddə qədər əmanətlərə zamin durur. Həmin həddi aşaraq tamahkarlıq etmək böyük zərərə səbəb ola bilər. Hər dəfə hansısa bank bağlananda şərtlərə uyğun yerləşdirilməyən nə qədər əmanətin batdığını öyrənirik.

Bəs insanlar pulunu necə artırsın? Həmişəki kimi, daşınmaz əmlak liderdir. Məsələn, 2012-ci ildə metronun “20 Yanvar” stansaisyasının yaxınlıqdakı ərazidə beşmərtəbəli binalarda ikiotaqlı mənzilin qiyməti təxminən 55 min dollar idi. İndi həmin mənzili 100 min manata almaq mümkündür. Yəni 58-59 min dollara mənzil sahibinə çevrilmək olar. İlk baxışdan dollarla qiymət çox artmayıb. Nəzərə alaq ki, 2015-ci ildə iki dəfə devalvasiya olub və bu da mənzillərin yetərincə dəyərli olmasına imkan verməyib. Göründüyü kimi, istənilən halda qiymət yüksəlib. Pulunu artırmaq istəyən şəxs həmin vaxt mənzil alaraq kirayəyə verməyə başlasaydı, indiyə ortaya qoyduğu pulun azı yarısı qədər qazanc əldə edərdi.

Mütəxəssislər bir də qızıl almağı tövsiyə edir. Burada isə qiymətili daşı məhz külçə formada əldə etmək məsləhət görülür.

Kriptovalyuta sayəsində qazanc əldə edənlər də az deyil. Lakin bunun risk tərəfi həmişə yüksəkdir. Varlandığınız sürətlə müflis də ola bilərsiniz.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri