Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Pulunuzu banka qoyarkən bunlara diqqət edin XƏBƏRDARLIQ

Pulunuzu banka qoyarkən bunlara diqqət edin XƏBƏRDARLIQ

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda banka əmanət yerləşdirərkən ən vacib məsələ ilk növbədə təhlükəsizlikdir. Çox vaxt insanlar yalnız yüksək faizə fokuslanır, amma əslində əsas məqsəd kapitalın qorunması olmalıdır. Bu baxımdan ölkədə fəaliyyət göstərən 22 bankın hamısı Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu sistem əmanətçilər üçün ciddi qorunma mexanizmi yaradır.

Qaydaya görə, əgər əmanətin məbləği 100 min manata qədərdirsə və manatla faiz dərəcəsi 12%-dən, xarici valyutada isə 2.5%-dən yüksək deyilsə, bank bağlansa belə vəsait tam şəkildə geri qaytarılır. Bu o deməkdir ki, bu limitlər daxilində yerləşdirilən əmanətlər faktiki olaraq dövlət tərəfindən sığortalanmış olur. Ona görə 100 min manata qədər pulu bu şərtlərlə istənilən banka qoymaq olar və burada bankın böyük və ya kiçik olması əsas risk fərqi yaratmır. Amma məbləğ 100 mindən çoxdursa, daha düzgün yanaşma pulu bir neçə banka bölməkdir ki, hər hissə ayrıca sığortalanmış olsun.

Bazarda bəzi banklar sistem əhəmiyyətli banklar hesab olunur. Mərkəzi Bank 2025-ci il aprelin 15-də açıqladığı siyahıda ABB, Kapital Bank, PAŞA Bank, Bank Respublika və Unibank kimi bankları bu kateqoriyaya daxil edib. Bu banklar bazarın ən iri oyunçuları sayılır və adətən daha sabit maliyyə göstəricilərinə malik olurlar. Ümumilikdə belə qəbul olunur ki, bu banklar daha güclü dövlət və bazar dəstəyinə sahibdir. Eyni zamanda beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrinə görə də Azərbaycan bank sektorunun 2026-cı ildə kapital və likvidlik göstəriciləri qənaətbəxş səviyyədədir.

Faiz məsələsinə gəldikdə isə 2026-cı ilin ilk aylarında sığortalanan əmanətlər üzrə maksimal faiz 12% civarında olub. Bu faizi əsasən Bank BTB və AFB Bank kimi banklar 18 aylıq əmanətlər üçün təklif edir. Ümumiyyətlə 18 aylıq əmanətlər çox vaxt 12 aylıq əmanətlərdən daha sərfəli olur, çünki faiz daha yüksək təklif edilir və uzun müddət saxlandığı üçün gəlir artır.
Bundan əlavə, 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətlərdə faiz gəliri üzrə vergi üstünlüyü də var və bu, ümumi qazancı artırır.

Çünki belə əmanətlərin gəlirləri 3 il vergidən azaddır. Əgər müddət 18 aydan azdırsa, faiz gəliri üzrə yalnız aylıq 200 manatadək hissə vergidən azad olur. Bu da uzunmüddətli depozitləri daha cəlbedici edir.
Praktik yanaşma çox sadədir. Əgər tam arxayınlıq istəyirsinizsə, ABB, Kapital Bank və ya PAŞA Bank kimi sistem əhəmiyyətli banklar seçilə bilər. Bu banklarda faiz adətən 10–11% civarında olur və daha stabil seçim sayılır. Əgər məqsəd maksimum qazancdırsa, 12% verən Bank BTB və ya AFB Bank kimi banklar daha sərfəli ola bilər. Burada da vacib məqam odur ki, 100 min manata qədər olan əmanət sığortalanır və risk faktiki olaraq eyni qalır.

Əgər məbləğ böyükdürsə, məsələn 300 min manat, ən düzgün yanaşma onu üç yerə bölüb üç fərqli banka yerləşdirməkdir. Bu halda hər hissə ayrıca sığortalanır və ümumi risk minimuma enir.

Əmanət açarkən diqqət edilməli iki vacib məqam var. Birincisi, 12%-dən yuxarı faiz təklif edən əmanətlər çox vaxt sığortalanmır və bu tip təkliflərdən uzaq durmaq lazımdır. İkincisi, müqavilə şərtlərinə diqqət etmək vacibdir, çünki bir çox hallarda müddət bitməzdən əvvəl pul çıxarılsa, hesablanmış faiz tam və ya qismən itirilə bilər.

Valyuta seçimi də mühüm rol oynayır. Dollar və digər xarici valyuta əmanətlərində sığortalanan faiz maksimum 2.5% olduğu üçün hazırkı şəraitdə manat əmanətləri daha yüksək gəlir verir və daha sərfəli görünür.

Bankların faiz göstəriciləri mütəmadi dəyişdiyi üçün əmanət açmazdan əvvəl ən son məlumatlara baxmaq vacibdir. Bunun üçün hər ay yenilənən məlumatları təqdim edən bank məlumat saytları, məsələn, banco.az və banker.az kimi mənbələrdən istifadə etmək faydalıdır.

Ümumilikdə yanaşma belə olmalıdır: 100 min manata qədər vəsait sığorta şərtləri daxilində istənilən bankda yerləşdirilə bilər, daha böyük məbləğlər isə mütləq bölünməlidir. Seçim edərkən isə ya daha stabil və iri banklar, ya da daha yüksək faiz verən banklar arasında balans qurmaq lazımdır. Ən vacib qayda isə hər zaman sığorta şərtlərini yoxlamaq və riskli yüksək faiz təkliflərindən uzaq durmaqdır.

Akif NƏSİRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Aprel 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri