Puqaçova ilk dəfə Türkiyəyə gəldi və bu sözləri dedi Video
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
SSRİ və Rusiya estradasının canlı əfsanəsi Alla Puqaçova həyatında ilk dəfə Türkiyəyə gəlib. 77 yaşlı sənətçinin İstanbul səfərindən ilk görüntüləri həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin yayıb.
Kult.az Musavat.com-a istinadla xəbər verir ki, Qalkin sentyabrın 11-də cütlüyün İstanbul mənzərəli otaqda əyləşdiyini göstərən videonu sosial şəbəkə hesabında paylaşıb.
Videoda Boğaz və qədim şəhərin möhtəşəm görüntüsü açılıb.
Qalkin kameranı həyat yoldaşına çevirərək soruşub:
– Allusya, İstanbul mənzərəsi necədir?
– Möhtəşəmdir! – Puqaçova cavab verir.
Ardınca sənətçi gözlənilməz etiraf edir:
– Mən heç vaxt Türkiyədə olmamışam. İlk dəfədir.
Qalkin eşitdiklərinə təəccüblənərək onu bir daha sorğu-suala tutur:
– Ciddisən? Sən heç vaxt Türkiyədə olmamısan?
Puqaçova “yox, ilk dəfədir” deyə cavab verdikdən sonra şoumen özünəməxsus zarafatla bildirir:
– Deməli, Türkiyə bu gəlişə hazırlaşırmış. Gör necə gözəldir, qağayılar da sizi salamlayır!
Daha sonra Qalkin kameranı İstanbulun tarixi hissəsinə və dəniz panoramına çevirir. Onun rəsmi sosial media hesabında yayılan video qısa müddətdə böyük maraq doğurub.
Beləliklə, Alla Puqaçovanın İstanbuldan yayılan bir neçə saniyəlik videosu sadəcə məşhur sənətçinin yeni səfəri kimi deyil, müharibədən sonra Rusiyanı tərk edən və mövqeyindən geri çəkilməyən böyük bir səhnə ulduzunun ilk Türkiyə ziyarəti kimi diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















