Puşkinin kitabları yandırıldı: Rusiya və Ukrayna arasında mədəni gərginlik artır
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinin Valday Forumunda Aleksandr Puşkinin şeirini səsləndirməsi iki ölkə arasında davam edən münaqişənin mədəni tərəfini yenidən gündəmə gətirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Putinin çıxışından sonra Ukraynanın bir neçə şəhərində Puşkin və Ukrayna əsilli yazıçı Nikolay Qoqolun kitablarının yandırıldığı bildirilir. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Ekspertlər bu hadisəni Rusiya və Ukrayna arasında gedən müharibənin artıq mədəni müstəviyə keçməsi kimi qiymətləndirirlər. Onların fikrincə, kitabların yandırılması yalnız ədəbiyyata deyil, həm də tarixi yaddaşa zərbə vurur.
Tarix boyu oxşar hallar müxtəlif münaqişələr zamanı baş verib. Mütəxəssislər hesab edirlər ki, bu, mədəniyyətin siyasi qarşıdurmaların bir hissəsinə çevrildiyini göstərir.


