Icma.az
close
up
RU
Putin Azərbaycanın diaspor təşkilatlarına hücumu dayandıracaqmı?

Putin Azərbaycanın diaspor təşkilatlarına hücumu dayandıracaqmı?

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İlham Əliyev ilə Vladimir Putin 9 oktyabr 2025-ci il tarixində Düşənbədə təkbətək görüşü olub.

Görüş zamanı bir sıra iqtisadi-ticari, o cümlədən 25 dekabr 2024-cü il tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzasının təfərrüatları müzakirə edilib.

Sözügedən görüş Azərbaycan-Rusiya münasibətlərində olam gərginliyin azalması ilə də xarakterizə edir. O da aydın məsələdir ki, bir ildir davam edən gərginliklər həm də digər məsələlər-  27 iyun 2025-ci il tarixində Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə ilə əlaqədardır.

Belə ki, həmin tarixdə iki qardaş — Hüseyn və Ziyəddin Səfərovlar öldürülüb, 9 nəfər saxlanılıb.

Bundan sonra isə Azərbaycan diasporlarına qarşı təzyiqlər davam edib. Sözügedən təzyiqlər nəticəsində 1 iyul 2025-ci il tarixində Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski Yekaterinburqda saxlanıblar. 16 iyul 2025-ci il tarixində isə Mutvalı Şıxlinski barədə məhkəmə qərarı çıxarılıb və onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Beləliklə, bütün bu proseslərdən sonra hər iki liderin görüşü sonrası ortaya daha bir sual çıxır.

Görəsən, Prezident İlham Əliyev və Vladimir Putin görüşündən sonra xüsusilə Azərbaycan diasporunun strukturlarına qarşı edilən təzyiqlər, daha dəqiq, dağıdılma siyasətinə də son veriləcəkmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Vladimir Putin arasında Düşənbə şəhərində keçirilən bu görüş, heç şübhəsiz ki, son vaxtlar hər iki ölkə arasında yaranan gərginlik, siyasi böhranın həlli istiqamətin atılan addımdır: “Əvvala, gərginliyə görə yaranan münasibət qarşı tərəfin üzərinə düşürdü. Bura məlum təyyarə faciəsi, daha sonra Rusiyanın davranışı, iki nəfərin qətlə yetirilməsi də daxil olmaqla, Azərbaycan diasporu nümayəndələrinə qarşı təzyiqlər, miqrasiya siyasətində xüsusilə azərbaycanlılara qarşı sərt davranış, Rusiya KİV-lərində anti-Azərbaycan təbliğatı, bir sözlə, bütün bu məsələlər Bakı-Moskva münasibətlərinə çox böyük kölgə salmışdı. Sözügedən görüş isə kifayət qədər uğurlu hesab edilə bilər. Cənab Prezident İlham Əliyev bu görüşdə də öz prinsipial və qəti mövqeyində idi və bu qətiyyət də Rusiya Prezidenti tərəfindən tam anlaşıqlı qarşılandı. Putin bir neçə dəfə söylədi ki, biz öz üzrhaxlığımızı yenə də edirik”. Elman Nəsirov, həmçinin bildirib: “Azərbaycanın tələblərindən biri o idi ki, beynəlxaq hüquqa uyğun olaraq, bu vəziyyətə görə kompensasiya ödənilsin. Putin söz verdi ki, təbii ki, kompensasiya ödəniləcək. Üstəlik, cinayətkarlar cəzalandırılmalıdır. Gərginliyin azaldılmasını hər iki tərəfdə həbsdə olan şəxslərin azad edilməsilə görmək mümkümdür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, hər iki ölkə arasındakı məlum gərginlik aradan qalxır. Əslində, başqa cür mümkün deyil, çünki biz əbədi qonşularıq. Qonşular arasında gərginliyin yaşanması isə heç bir tərəfə xeyir gətirə bilməz. Hesab edirik ki, qarşı tərəf bu istiqamətdə müsbət addımları atmağa başlayacaq. Vladimir Putinin bu istiqamətdə olan məlum mövqeyi fonunda digər qurumların, təşkilatların, nazirliklərin, televiziyanın, medianın da analoji davranış həyata keçirəcəyinə inanırıq. Yəqin ki, Zatulin kimilərinin də səsi batacaq. Onlara Kremldən verilən anti-Azərbaycan təbliğatına son verəcəklər. Düzdür, Zatulin kimilərinin daxilindəki mahiyyət dəyişmir. Amma öz davranışlarına korrektələr etmək məcburiyyətində olacaqlar”.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri