Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Putin bundan başqa heç bir sövdələşmədə maraqlı deyil” “Danışıqlarının üçüncü raundu nəticəsiz başa çatıb”

“Putin bundan başqa heç bir sövdələşmədə maraqlı deyil” “Danışıqlarının üçüncü raundu nəticəsiz başa çatıb”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının 3-cü raunduna verilən qiymətləndirmələr kifayət qədər ziddiyyətlidir. Danışıqlarda Rusiya və Ukraynanın qarşılıqlı olaraq yeni təkliflərlə çıxış etməsini az da olsa irəliləyiş adlandıranlar da var, əksinə, Rusiyanın vaxt uzatdığını, təkliflərinin texniki xarakter daşıdığını və Kremlin ciddi danışıqlarda maraqlı olmadığını iddia edənlər də.

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”-da dərc edilən məqalənin müəlliflərinin fikrincə, Moskvaya sülh sazişi bağlamaq üçün 50 gün vaxt verən ABŞ Prezidenti Donald Trampın ultimatumuna baxmayaraq, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu nəticəsiz başa çatıb. Cəmi 40 dəqiqə davam edən görüşdən sonra Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “Biz döyüşlərin dayandırılması və ya atəşkəsin yaradılmasında heç bir irəliləyiş görmürük” deyib. O vurğulayıb ki, altı aylıq danışıqlarda heç bir əsaslı nəticə əldə olunmayıb.

Kiyev növbəti dəfə prezidentlər Vladimir Putin və Vladimir Zelenski arasında birbaşa görüş keçirməyi təklif etsə də, Moskva bunu bir daha rədd edib.

Nəşr xatırladır ki, Rusiya nümayəndə heyətinə keçmiş mədəniyyət naziri, Putinin etibarlı adamı Vladimir Medinski başçılıq edib: “Müşahidəçilər baş verənləri real kompromis əldə etmək niyyəti olmayan uzun-uzadı bir ritual adlandırırlar.

Karnegi Rusiya-Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev hesab edir ki, Kreml Ukraynanın kapitulyasiyasını nəzərdə tutmayan danışıqlarda maraqlı deyil: “Putin məlum səbəblərə görə hələlik Ukraynanın tam təslim olmasını nəzərdə tutmayan heç bir sövdələşmədə maraqlı deyil”.

Bu arada Donald Tramp vasitəçi rolunu qoruyub saxlamağa çalışır. O, 50 gün ərzində sülh əldə olunmasa, Rusiyanın əsas ticarət tərəfdaşlarına 100%-lik tariflər tətbiq etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda o, Ukraynaya əlavə “Patriot” zenit-raket komplekslərini təhvil verəcəyini vəd edib.

Ağ Evin mətbuat katibi Anna Kelli vurğulayıb ki, “Rusiya və Ukrayna prezident Trampın rəhbərliyi sayəsində uzun illərdən sonra ilk dəfə birbaşa danışıqlar aparır”. Lakin analitiklər bu səylərin effektivliyinə şübhə edirlər. Qabuyevin fikrincə, Tramp Ukraynanı aktiv şəkildə dəstəkləməyə yox, daha çox siyasi pauzaya nail olmağa meyllidir: "O, çətin ki, qəti addımlar atsın. Onun ukraynalıları proaktiv şəkildə dəstəkləməkdənsə, vaxtı uzadacağı ehtimalı daha çoxdur".

Eyni zamanda, Konqresdəki sanksiya təşəbbüsləri, xüsusən də senator Lindsi Qremin Rusiyaya 500%-lik rüsum tətbiq etmək təklifi Trampın özü tərəfindən əngəllənib. Respublikaçılar bu tədbirləri dəstəkləmədilər.

Moskva isə öz növbəsində sərt şərtlər irəli sürməkdə davam edir: Krım və onun nəzarətində olmayan ərazilər də daxil olmaqla, digər dörd region üzərində Rusiyanın suverenliyinin tanınması və Ukraynanın hərbi ittifaqlara qoşulmaq istəyindən əl çəkməsi.

Kremlin sözçüsü Dmitri Peskov danışıqlar ərəfəsində deyib: “Biz sehrli irəliləyiş gözləmirik”.

Beləliklə, diplomatiya baxımından çıxılmaz vəziyyətdə Rusiya hərbi əməliyyatları gücləndirir: "Ukrayna şəhərlərinə zərbələr davam edir, mülki infrastrukturun dağıdılması artır. Qərbin yardımına baxmayaraq, təchizat Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün kifayət etmir. Amerikalı analitiklər qeyd edirlər ki, “Patriot yaxşıdır, lakin bu kifayət deyil”.

Ukrayna hökumətinin keçmiş müşaviri Yevgeniya Qaber vurğulayıb: "Rusiya nümayiş etdirir ki, o, vicdanla danışıqlar aparmır. Mülki infrastruktura davamlı hücumlar bunun birbaşa sübutudur"”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyul 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri