Putin kriptovalyutaya razılıq verib
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Putin kriptovalyutaya razılıq verib.
Banco.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təsdiqlədiyi qanuna əsasən, Rusiyada qeydiyyatdan keçmiş şirkətlərlə xarici tərəflər arasında həyata keçirilən xarici ticarət əməliyyatlarında kriptovalyutalarla ödəniş etmək mümkün olacaq.
Kriptovalyutalardan həmçinin mədənçilik fəaliyyəti nəticəsində əldə edilən rəqəmsal aktivlərlə bağlı əməliyyatlarda, eləcə də qiymətli kağızların, digər kriptovalyutaların və rəqəmsal hüquqların alınması zamanı istifadə edilə biləcək.
Bununla yanaşı, Rusiya daxilində mal və xidmətlərin ödənişində kriptovalyutalardan istifadəyə qoyulan qadağa qüvvədə qalır. Həmçinin kriptovalyuta ilə mal və ya xidmət ödənişinin mümkünlüyünü təşviq edən reklam və məlumatlandırma fəaliyyətlərinə də icazə verilməyəcək.
Qanuna əsasən, ölkədə peşəkar investor statusuna malik olmayan şəxslər tələb olunan testi uğurla keçdikləri halda vasitəçi şirkətlər üzərindən ildə maksimum 300 min rubl məbləğində kriptovalyuta ala biləcəklər. Peşəkar investorlar isə məbləğ məhdudiyyəti olmadan bütün kriptovalyutalar üzrə əməliyyat apara biləcəklər.
Banklar və xarici bankların filialları əməliyyatın səlahiyyətsiz kriptovalyuta təşkilatı tərəfindən həyata keçirildiyindən şübhələndikləri halda pul köçürməsini rədd edəcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:130
Bu xəbər 04 Avqust 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















