Putin narahatdır, Gerasimov prezidenti aldadır
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin müsahibəsində rus ordusunun Kupyansk şəhərindən 2,5-5 kilometr aralıda olduğunu bildirib. Problem ondadır ki, həm Rusiya prezidenti, həm də Baş Qərargah rəisi Valeri Gerasimov əvvəllər dəfələrlə Kupyanskın ələ keçirildiyini bildirmişdilər.
Axar.az xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə bilinən “Kremlyovskaya Tabakerka” Teleqram kanalı yazıb.
“Kremldəki mənbələr bildirir ki, Prezident Putin Gerasimovun deyil, başqa mənbələrdən cəbhədəki vəziyyətlə bağlı müəyyən məlumatlar almağa başlayıb. Putin guya Baş Qərargah rəisinə etibar edir, lakin qoşunların davamlı qələbələr və yeni şəhər və qəsəbələrin ələ keçirilməsi fonunda niyə bu qədər yavaş irəliləməsindən təəccüblənir. Prezident həqiqətən də anlamaq istəyir ki, cəbhədə nə baş verir. O, son vaxtlar hərbçilərlə daha tez-tez əlaqə saxlayır, onları Kremlə dəvət edir. Görünür, onların verdiyi məlumatlar Baş Qərargahın verdiyi məlumatlardan xeyli fərqlənir”, - kanal bildirib.
Baxış sayı:46
Bu xəbər 29 İyun 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















