Putin Orta Asiya və Zaqafqaziya xalqlarına təşəkkür etdi
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Müharibədə Orta Asiya və Zaqafqaziya xalqlarının töhfəsi çox böyük olub”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Qızıl Meydanda çıxışı zamanı deyib.
"Oradan cəbhə üçün lazım olan hər şeyi olan qatarlar fasiləsiz hərəkətini davam etdirirdi. Orada xəstəxanalar yerləşirdi və yüz minlərlə təxliyə edilənlər öz ikinci evlərini tapdılar. Onlarla sığınacaqlarını, çörəklərini bölüşdülər.
Biz Böyük Vətən müharibəsi iştirakçılarının hər birini ehtiramla anırıq, Qələbə uğrunda canlarından keçmiş hər kəsin xatirəsi önündə baş əyirik. Oğulların, qızların, ataların, anaların, babaların, ulu babaların, ərlərin, arvadların, qardaşların, bacıların, qohumların, dostların xatirəsinə hörmət edirik”.
“Rusiya uğrunda ədalətli döyüşdə qəhrəmancasına həlak olmuş silahdaşlarımızın qarşısında baş əyirik”, - deyə Rusiya Prezidenti bir dəqiqəlik sükut elan edib.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 09 May 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















