Putin və Tramp Kiyevə “Tomaqavk”ın tədarükü məsələsini müzakirə ediblər
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Putin bu halda döyüş meydanında vəziyyətin dəyişməyəcəyini, lakin iki ölkə arasında münasibətlərə ciddi ziyan vuracağını bir daha bəyan edib”
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı Vaşinqton tərəfindən Kiyevə “Tomaqavk” raketlərinin mümkün tədarükü məsələsini müzakirə ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Danışıqlarda Ukraynaya uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərinin mümkün tədarükü məsələsi də qaldırılıb”, - diplomat bildirib.
“Putin bu halda döyüş meydanında vəziyyətin dəyişməyəcəyini, lakin iki ölkə arasında münasibətlərə ciddi ziyan vuracağını bir daha bəyan edib”, - Uşakov əlavə edib.
Putinin köməkçisi Trampla Ukrayna Prezidenti Volodimir Zelenskinin bu gün görüşməsinin təbii olduğunu qeyd edib. Həmçinin bildirib ki, “Tramp Zelenski ilə təmasda telefon danışığı zamanı Rusiya Prezidentinin söylədiyi mülahizələri təbii olaraq nəzərə alacaq”.
Uşakov həmçinin təsdiqləyib ki, Putin və Tramp növbəti yüksək səviyyəli görüşün mümkünlüyünü müzakirə ediblər və onların nümayəndələrinin dərhal buna hazırlığa başlayacağı barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 17 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















