Putin yalnız bu halda geri çəkiləcək ABŞ dan bəyanat
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ-ın nüfuzlu demokrat senatorları Qreqori Miks, Adam Smit və Cek Rid Donald Trampın danışıqlar üzrə xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin mövqeyini tənqid edərək, onları Vladimir Putinə yardım etməkdə ittiham ediblər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin saytında yayımlanan bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, Ukrayna Rusiya ordusuna ciddi itkilər verməkdə və Rusiya iqtisadiyyatına zərbə vurmaqda davam etdiyi halda, ABŞ-ın xüsusi nümayəndələri Kiyevin Rusiyanın qanunsuz işğalına qarşı ədalətli və uzunmüddətli razılaşma əldə etmək imkanlarını zəiflədirlər.
Senatorlar Uitkoff və Kuşneri Avropanın təhlükəsizlik arxitekturasına yenidən baxılması, eləcə də NATO-nu zəiflətmək məqsədilə Şərqi Avropadan qüvvələrin çıxarılması ilə bağlı Kremlin mövqeyini təkrarlamaqda ittiham ediblər.
Onların sözlərinə görə, Kuşner və Uitkoff Kiyevə davamlı təzyiq göstərərək, Ukraynanı suveren ərazilərindən, o cümlədən müdafiə baxımından mühüm əhəmiyyət daşıyan “qala qurşağı”ndan imtina etməyə çağırırlar. Senatorlar həmçinin onların ABŞ kəşfiyyat qurumlarını və Dövlət Departamentini prosesdən kənarda qoyaraq hərəkət etdiklərini iddia ediblər.
Senatorlar hesab edirlər ki, Putin yalnız güc qarşısında geri çəkilir və Ukraynanın mövqelərini zəiflətməklə yanaşı, Rusiyaya təzyiqin azaldılması cəhdləri indiyədək uğur gətirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 13 Noyabr 2026 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















