Icma.az
close
up
RU
Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz... Nə baş verir?

Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz... Nə baş verir?

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 4-5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın adını xüsusi vurğulaması və rəsmi Bakıya yönəlik yüksək dövlət təşəkkürü səsləndirməsi qlobal diplomatik kulislərdə böyük əks-səda doğurub. Forumdakı çıxışı zamanı Kreml rəhbəri "Azərbaycan tərəfi böyük həcmdə effektiv iş gördü, bütün sorğularımıza dərhal cavab verdi. Bu, vəziyyəti yüngülləşdirmək baxımından çox vacib idi" ifadələrini işlədərək rəsmi Bakının regional proseslərdəki rolunu ön plana çıxarıb. Kremlin beynəlxalq platformalarda digər bir dövləti bu formatda və açıq minnətdarlıq ritorikası ilə bəhs etməsi adi diplomatik praktika deyil. Putin bu bəyanatı ilə həm Azərbaycana qarşı ictimai təşəkkürünü bildirdi, həm də Moskva ilə Bakı arasında ən ali səviyyədə yeni görüş planının detallarını elan etmiş oldu.

"Yeni Sabah" xəbər verir ki, məsələ haqda NOCOMMENT.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib ki, Putinin ölkəmizə yönəlik bu təşəkkürünün arxasında dayanan hərbi-strateji və logistik səbəblər artıq beynəlxalq aləmə məlumdur: "Rusiya, Yaxın Şərqdə alovlanan ABŞ-İran müharibəsi və Körfəz böhranı zamanı Azərbaycanın təqdim etdiyi logistik dəstəkdən və tranzit imkanlarından birbaşa asılı vəziyyətə düşmüşdü. Şimal-Cənub nəqliyyat dəhlizinin funksionallığının qorunması Moskva üçün həyati əhəmiyyət daşıyırdı. Eyni zamanda Kremlin Azərbaycana bu qədər açıq şəkildə müraciət etməsi başqa bir reallığı da göstərir: Rusiya Cənubi Qafqazda kəskin küncə sıxışdığı bir dövrdə etibarlı, rasional və güclü keçid nöqtəsinə ehtiyac duyur, Azərbaycan isə bu geosiyasi ehtiyacın regiondakı yeganə praktiki və etibarlı cavabıdır".

Ekspertin sözlərinə görə, aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakıya reallaşan qəfil səfəri ilə bölgədəki diplomatik mənzərə daha da mürəkkəbləşib və Azərbaycanın geosiyasi çəkisini artırıb: "Zelenskinin Bakı səfəri – 2022-ci ilin fevralında başlayan tammiqyaslı müharibədən bəri onun Cənubi Qafqaza ilk rəsmi gəlişi kimi qlobal mətbuatın diqqət mərkəzində idi. Zelenskinin Prezident İlham Əliyevin yanında dayanıb 'Biz Azərbaycanda üçtərəfli sülh danışıqlarına tam hazırıq — Rusiya da hazırdırsa' açıqlamasını verməsi, rəsmi Bakıya beynəlxalq münaqişələrin nizamlanmasında unikal və olduqca güclü bir qlobal vasitəçilik mövqeyi bəxş etdi. Bu, Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir". pizza hut

Əziz Əlibəyli həmin tarixi görüş zamanı Azərbaycanın yürütdüyü balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət xəttini xüsusi qeyd edib: "Bəs həmin gün Prezident İlham Əliyev hansı mesajları verdi? Dövlət Başçısı Ukrayna ilə Azərbaycanın bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiklərini bir daha bəyan etdi, Ukrayna ilə enerji sahəsindəki əməkdaşlığın genişləndirilməsindən söz açdı və növbəti rəsmi görüşün Ukraynada keçiriləcəyini elan etdi. Yəni Azərbaycan lideri Zelenski ilə mühüm strateji görüntülər nümayiş etdirdi, Bakını qlobal bir sülh və vasitəçilik platforması kimi dünyaya tanıtdı. Lakin eyni zamanda rəsmi Moskvada qıcıq və ya aqressiya yaradacaq hər hansı kəskin ritorik ifadələrin səslənməsinə də imkan vermədi. Məhz bu çevik, balanslı və peşəkar diplomatiyanın nəticəsidir ki, bu gün həm Kiyev, həm də Moskva eyni vaxtda Bakının regionda və dünyada oynadığı strateji rolu yüksək qiymətləndirmək və Azərbaycanla hesablaşmaq məcburiyyətində qalırlar", - deyə politoloq vurğulayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 İyun 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri