Icma.az
close
up
RU
“Putini ən çox narahat edən məsələ Ukraynaya “Tomahawk” raketlərinin verilməsidir” Politoloq

“Putini ən çox narahat edən məsələ Ukraynaya “Tomahawk” raketlərinin verilməsidir” Politoloq

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Görüşlə bağlı çoxlu manipulyasiyalar gedir. Ciddi nəticənin əldə olunacağı bildirilir. Putinin səfəri ilə bağlı məhdudiyyətlər qoymaq istəyənlər də var idi. Hətta Polşa hədələyirdi ki, əgər onun hava məkanından keçərlərsə, təyyarəni vura bilərlər. Yəni Putinin Avropaya gəlməsi, orada kimlərləsə görüşməsi Avropa Birliyi tərəfindən o qədər də müsbət qarşılanmır. İndi Budapeşt, yəni Macarıstan ev sahibliyi vəzifəsini öz üzərinə götürüb və çalışır ki, bu görüş baş tutsun. Ən çox hiss olunur ki, Budapeşt, xüsusən də Baş nazir Viktor Orban bu məsələdə maraqlı tərəf kimi görünür. Verilən məlumatlara görə, onun Vaşinqtona səfəri də bu kontekstdə qeyd olunur. Ola bilər ki, əlavə detalları orada müzakirə etsinlər".

Bu fikirləri politoloq Akif Nağı Redaktor.az-a açıqlamasında ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Budapeştdə gözlənilən görüşünün ləğv olunmasından bəhs edərkən bildirdi.

Onun sözlərinə görə, hər hansı bir görüş baş tutursa, əvvəlcədən onunla bağlı hazırlıq işləri görülür, müəyyən məsələlər razılaşdırılır:

"Görüş xatirinə görüş, xüsusilə bu cür yüksək səviyyədə olmur. Böyük ehtimalla hansısa məsələlərlə bağlı razılıq hələ yoxdur. Donald Tramp bir tərəfdən çalışır ki, Ukrayna Prezidenti Volodimir Zelenskini müəyyən kompromislərə razı salsın, digər tərəfdən isə Putini razı salmağa cəhd göstərir. Hər ikisini müəyyən dərəcədə geriyə addım atmağa çağırır. Hazırda Rusiyanın mövqeyi daha zəif görünür, çünki Ukraynaya dəstək Avropa Birliyi tərəfindən birmənalıdır, ABŞ da öz dəstəyini artıq nümayiş etdirir. Yəni müəyyən tərəddüdlərdən sonra yenə də bu gün belə bir məlumat yayılıb ki, ABŞ Ukraynanın Rusiyanın daxilinə, dərinliklərinə zərbə vurması ehtimalını nəzərdən keçirir. Rusiyanın qorxduğu da məhz budur. Qorxur ki, “Tomahawk” raket kompleksləri Ukraynaya verilə bilər. Ola bilsin ki, artıq verilib və yerləşdirilib, sadəcə onların nə vaxt istifadə olunacağı məsələsi hələ gündəmdədir. Putin həmin raketlərin Ukrayna tərəfindən istifadəsindən həddindən artıq ehtiyat edir".

Müsahibimizin fikrincə, Rusiya başa düşür ki, gec-tez həmin raketlər Ukraynaya veriləcək.

"Hətta, tutaq ki, Amerikanın vasitəçiliyi ilə atəşkəs əldə olunsa belə, heç kim düşünmür ki, bu atəşkəs uzunömürlü olacaq. Müəyyən dövrdən sonra pozula bilər və Ukrayna yenidən Rusiyaya qarşı addımlar ata bilər. Buna görə də Rusiya çalışır ki, o raketlərin Ukraynaya verilməyəcəyinə dair Amerikadan ən azı ciddi təminat alsın. Mən belə görürəm ki, Putini hazırkı məqamda ən çox narahat edən məsələ də budur.

Amma hər halda məsələ ortadadır. Hər iki tərəf bildirib ki, hazırkı təmas xətti boyunca atəşkəs elan olunsun. Yenə də deyirəm, böyük ehtimalla bəzi detallar hələ Amerika ilə Rusiya arasında razılaşdırılmayıb. Buna görə də bu görüş hələlik təxirə salınır. Amma böyük ehtimalla görüş baş tutacaq. Səy göstərilir. Görüşün çox ləngiməsi gözlənilmir, çünki həm Rusiyanın buna ehtiyacı var, həm də Amerika çalışır ki, sülh istiqamətində növbəti addımını atsın. Yəqin ki, yaxın vaxtlarda bu məsələyə yenidən qayıdacaqlar", - deyə Akif Nağı yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri