Icma.az
close
up
RU
Putini həvəsləndirən Tramp sükutu...

Putini həvəsləndirən Tramp sükutu...

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin yeni prezidenti Tramp səlahiyyətlərinin icrasına başlama ərəfəsində Rusiya -Ukrayna cəbəsində müharibə getdikcə şiddətlənir. Tramp tərəfdən bu günədək Ukrayna dövlətinin maraqlarına uyğun bir bəyanat verilməməsi Rusiya prezidentini daha dağıdıcı zərbələr vurmağa həvəsləndirib.  Ötən həftə isə Putin bundan sonra da daha sərt addımlar atacağını, həm də yalnız Ukraynaya deyil, NATO-nu hədəfə alacağını üzünə verməyə çalışdığı sevinclə vurğuladı. Amma, Putinin dedikləri, fəxrlə danışdığı, qürrələndiyi məsələlərin əksəriyyətini, təbliğata hesablanmış dezinformasiya kimi də qəbul etmək olar. 

Bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Andrey Belousov Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında iştirak ediblər. Andrey Belousov bildirib ki, onun departamentinin qarşısında 2 vəzifə durur, bunlardan biri Ukraynaya qarşı müharibədə qələbə, digəri isə NATO ölkələri ilə hərbi münaqişəyə hazırlıqdır.

Vladimir Putin də NATO ölkələrini Rusiyanın “geri çəkilməyəcəyi” “qırmızı xətt”lə hədələyib.

Rusiya Federasiyası Prezidentinin çıxışının əsas məqamları: 

2024-cü ilin əvvəlindən 430 mindən çox rusiyalı könüllü olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə hərbi xidmət keçmək üçün müqavilə imzalayıb.

 Rusiya ordusunun şəxsi heyəti 1 milyon 500 min nəfərə qədər artıb. 

Hər gün 1000-dən çox insan Müdafiə Nazirliyi ilə müqavilə bağlayır. İnsanlar “könüllü olaraq cəbhəyə gedirlər” və bu “axın dayanmır”, Putin şən görkəmlə bildirdi.

 Sual yaranır: hər gün 1000 nəfər könüllü orduya yazılırsa, bir ilə 430 mindən çox könüllü ordu ilə müqavilə imzalayırsa Şimali Koreyadan 10 min hərbiçi niyə cəbhəyə gətirilir?

Vladimir Putin ABŞ və NATO ölkələrini “yaxın gələcəyə” Oreşnik raket sistemlərinin kütləvi istehsalı ilə hədələyir. 

Putinin fikrincə, Birləşmiş Ştatlar öz vətəndaşlarını “mifik Rusiya təhdidi” ilə qorxudur, eyni zamanda Ukraynaya “muzdlu əsgərlər və hərbi məsləhətçilər” göndərərək “münaqişənin daha da gərginləşməsini təşviq edir”. Bu o deməkdir ki, Putin bəri başdan Trampı da günahlandırır. 

 Toplantıda yalnız Putin deyil, müdafiə naziri Belousov da yeni hədəflər və hədələrlə dolu çıxış edib. 

Rusiya Ukraynadakı müharibəni diplomatik danışıqlar yolu ilə deyil, döyüş meydanında qeyd-şərtsiz qələbəsi ilə bitirmək ümidi ilə səfərbərliyini və hərbi-texniki resurslarını artırır. Buradan hansı nəticələr çıxa bilər:

- Rusiya Federasiyasının prezidenti və müdafiə naziri öz cəmiyyətini və ordusunu yaxın gələcəkdə Avropa qitəsində NATO ölkələrinin orduları ilə birbaşa hərbi toqquşmaya açıq şəkildə hazırlayır.

- Ukrayna məğlub olarsa, Rusiya ordusu (1.500.000 şəxsi heyət) müttəfiq KXDR ordusu (1.280.000 şəxsi heyət) ilə birlikdə , təkcə Avropada deyil, həm də NATO ölkələrinin orduları üçün real təhlükə yaradacaq. 

- Putin və onun generalları militarist ritorikasını gücləndirərək, onu daha çox Ukraynaya deyil, NATO ölkələrinə yönəldirlər.

Ona görə də, ABŞ prezidenti Donald Tramp Ukrayna və qlobal Qərbin bu savaşda məğlub duruma düşməməməsi üçün, Putini və ordusunu sülhə “məcbur etmək” məqsədilə ciddi maliyyə və silah yardımını sürətləndirəcəyi barədə planları olduğunu bildirməlidir.

Əks halda, Rusiya 2025-ci ilin 20 yanvarına qədər Ukrayna cəbhəsində fəlakət həddinə çatacaq vəziyyət yarada bilər.

Moderator.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2024 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri