Icma.az
close
up
RU
Putini hiddətləndirən iddia: Bakının adı hallanır 30 illik saziş pozulur?

Putini hiddətləndirən iddia: Bakının adı hallanır 30 illik saziş pozulur?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh müqaviləsinin mətni ilə bağlı yeni iddia İrəvanda rezonans doğurub. “Hraparak” nəşri sazişə əsasən, Ermənistanda üçüncü bir ölkənin hərbi mövcudluğunun olmamasına dair şərt irəli sürüldüyünü yazıb. Bu da müqavilə imzalandıqdan sonra Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının ölkədən çıxarılacağı kimi dəyərləndirilib.

Məlumata görə, müqavilədə bu bəndin yer alması Kremli hiddətləndirib. Belə ki,  Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin və bir sıra dövlət rəsmiləri ilə ikili görüş keçirmək istəyib. Lakin baş nazirin cəhdi uğursuz olub və görüş məhz bu səbəbdən alınmayıb.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə iddiaları təkzib edib və Rusiya bazası ilə bağlı heç bir müzakirənin aparılmadığını söyləyib.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, açıq mənbələrdən əldə edilən məlumatlara görə, sülh müqaviləsinin mətnində yer alan müddəalardan biri də üçüncü ölkələrin nümayəndələrinin Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməməsi ilə bağlıdır:

“Bu məsələnin sazişin mətnində dəqiqliklə necə ifadə olunduğunu müəyyənləşdirmək imkanımız yoxdur. Çünki razılaşdırılmış mətn tam olaraq yayımlanmayıb. O baxımdan, Ermənistan mediasının iddialarına münasibət bildirməyimiz də mümkün deyil.


Elçin Mirzəbəyli

Digər tərəfdən, erməni KİV heç bir halda etibarlı mənbə hesab oluna bilməz və bu kimi iddiaların arxasında xarici maraqların yer alması ehtimalı da az deyil. Əgər məsələ, həqiqətən də “Hraparak”ın yazdığı kimidirsə, o zaman bunun Azərbaycana heç bir aidiyyəti yoxdur və bilavasitə rəsmi İrəvanın səlahiyyətinə aid olan məsələdir”.

Qeyd edək ki, Gümrüdəki 102-ci baza 1995-ci ildə Moskva və İrəvan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən həmin əraziyə yerləşdirilib.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri