Putinin mesajı: Rusiya ilə müharibə etməyin!
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Düşmənlərimizə yalnız bir məsləhətimiz var: Rusiya ilə müharibə etməyin, heç vaxt buna cəhd göstərməyin. Gəlin sülh şəraitində yaşayaq və bütün məsələləri danışıqlar yolu ilə həll edək”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Qərb ölkələrini problemləri danışıqlar yolu ilə həll etməyə çağıran Putin deyib: “Bu, ultimatum deyil, həqiqi danışıqlar olmalıdır. Biz danışıqlara hazırıq. Lakin bu proses milli maraqlarımız nəzərə alınmaqla aparılmalıdır”.
Kremlin məlumatına görə, Putin bu fikirləri Rusiya Günü münasibətilə Ukraynada həyata keçirilən “xüsusi hərbi əməliyyat”da iştirak edən hərbçilərlə görüşü zamanı səsləndirib.
Putin çıxışı zamanı NATO ölkələrinin Rusiyaya qarşı “düşmənçilik xarakterli” addımlar atdığını iddia edərək bildirib: “Rusiya Qərbi təmsil edən NATO-ya qarşı təkbaşına dayanır. Onlar Rusiyanı strateji baxımdan məğlub edə bilməyiblər və bundan sonra da edə bilməyəcəklər”.
Rusiya Prezidenti həmçinin qeyd edib ki, NATO ölkələri elm və texnologiya sahələrində yüksək inkişaf səviyyəsinə malikdir. Onun sözlərinə görə, buna görə də Rusiya bu sahələrdə daim rəqiblərindən bir addım öndə olmalıdır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 13 İyun 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















