Icma.az
close
up
RU
Putinin NATO etirafı: Alyans niyə Rusiyaya qarşıdır? Şok detallar açıqlandı

Putinin NATO etirafı: Alyans niyə Rusiyaya qarşıdır? Şok detallar açıqlandı

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva iki dəfə NATO-ya üzv olmaq niyyətini açıqlayıb, lakin hər iki müraciətə alyans tərəfindən mənfi cavab verilib. Prezident bu fikirləri Valday Klubunun Plenar Sessiyasında səsləndirib.  Bəs NATO-nun Rusiya ilə bağlı bu müraciətləri qəbul etməməsinin əsas səbəbi nədir?  Putinin bu məsələni indi gündəmə gətirməsi hansı mesajı verir?

Moderator.az-a danışan politoloq Elçin  Xalidbəyli deyib ki, Kremldə Rusiyanın Ukrayna savaşında məğlub olmaq üzrə olduğunu anlayırlar:

“Hazırda Rusiya olduqca ağır bir duruma düşüb. Ölkənin  iqtisadiyyatında çökmə prosesi intensivləşib. Eyni zamanda, Rusiya hərbi əməliyyatları maliyyələşdirməkdə də çətinlik çəkir. Cəbhə bölgəsində də Rusiyanın hərbi irəliləyişləri mövcud deyil. Ona görə də Rusiya Qərblə münasibətlərin daha da gərginləşdirilməsi və kollektiv Qərbin qlobal savaş və nüvə müharibəsi ilə şantaj edilməsinə çalışır, Qərbi nüvə müharibəsi xofuna salmaq istəyir və bütün bunları edərkən də ilk növbədə Qərb dövlətlərini günahlandırmağa çalışır. Ancaq Kremlin bu mövqeyi beynəlxalq məkanda elə də ciddiyə alınmır. Artıq Rusiya ilə bağlı mövqelər sərtləşməyə başlayıb və bu prosesdə kollektiv Qərbin geri çəkiləcəyi qətiyyən inandırıcı görünmür. Kremldə də bu reallığı görürlər. Ona görə də prezident Putin başda olmaqla  Qərbin günahlandırılmasına yönəlik normativlər irəli sürülür. Onlardan biri də vaxtilə Rusiyanın NATO -ya qəbul edilməməsi ilə bağlıdır.  Putin vaxtilə Rusiyanın NATO ya bağlı müraciət edərkən çox gözəl anlayırdı ki, Rusiyanı NATO- ya qəbul etməyəcəklər və Rusiya özü də NATO- ya qəbul edilməyə hazır deyil. Rusiya NATO- nun üzvlük standartlarına qətiyyən uyğun gəlmir, çünki Rusiya neo imperialist dövlətdir”. 

Politoloq diqqətə çatırıb ki, Rusiyada insan haqları və demokratiya anlayışı ümumiyyətlə yalnız Kremlin inkar siyasətinə bağlıdır və daxili ölkə daxili siyasətində diktatura olan dövlətlərin NATO -ya üzvlüyü qəbuledilməz hesab edilir:

“NATO belə dövlətləri öz sıralarına yaxın buraxmır. Digər tərəfdən, NATO -nun siyasi ideoloji xətti Rusiya kimi dövlət dövlətlərdən müdafiə olunmaq məqsədi daşıyır və belə olduğu təqdirdə NATO- nun prioritetlərinə qarşı olan bir dövlətin onun  sıralarına daxil olması qəbuledilməz bir situasiya hesab oluna bilər. Təbii ki, NATO Rusiya kimi aqressiv, qonşu dövlətlərə yalnız təzyiq göstərən bir dövləti öz sıralarına qəbul edə bilməz.

 Rusiyanın həm daxildə, həm də postsovet məkanında münasibətlərində çox ciddi problemlər mövcuddur. İndi bu problemlər daha da ağırlaşıb və belə olan təqdirdə Rusiyanın NATO- ya qəbulu ilə bağlı müraciətinin ümumiyyətlə əhəmiyyətə alınmaması tamamilə doğru və normal bir yanaşmadı. Bu baxımdan Rusiya ilk növbədə öz daxilinə baxmalıdır və “xalqların həbsxanası” adlandırılan bir dövlət öz daxilində onların azadlığını, normal yaşayış hüquqlarına daha həssas, daha hörmətlə yanaşmaq barədə düşünməlidir. NATO belə dövlətləri öz sıralarına heç bir zaman qəbul etmir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri