Icma.az
close
up
RU
Qadının əmək fəaliyyəti ailə ilə uzlaşmalıdır AYDINLIQ GƏTİRİLDİ

Qadının əmək fəaliyyəti ailə ilə uzlaşmalıdır AYDINLIQ GƏTİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Ailə sosial bir birlikdir və ənənəvi olaraq qadın və kişidən ibarət olur". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, fərqli cəmiyyətlərdə ailənin quruluşu, qadın və kişinin hüquq və vəzifələrinə yanaşmalar müxtəlif olsa da, bir həqiqət var ki, qadınlar və kişilər hər zaman çalışmışlar. Zaman-zaman ailədə qadın və kişinin roluna yanaşmaların fərqli olması inanc və mental dəyərlərə görə dəyişmişdir. İbtidai icma quruluşunda da kişilər ov edər, qadınlar isə uşaqlara baxıb yemək hazırlamaqla məşğul olardılar. Bu gün də qadınların işlədiyi bir dövr mövcuddur, ancaq bunun müasir cəmiyyətdə necə baş verdiyi xüsusi diqqət tələb edir.

Sual konkret olaraq bu günkü cəmiyyətimizdə qadınların işləməsi ilə əlaqədardır və bu məsələyə daha ətraflı yanaşılmalıdır. Qadınların təhsil alması və işləməsi vacibdir. Kapitalizm dövrü ilə əlaqədar olaraq ailənin maddi tələbləri artmışdır. Bir çox ailələrdə kişilərin gəliri ailənin əsas təminatını ödəmək üçün kifayət etmir. Övladlar dünyaya gəldikdən sonra bu tələbatlar daha da artır. Uşaqlar böyüdükcə onların yalnız yemək və içmək ehtiyacları deyil, həm də təhsilinə sərmayə qoymaq zərurəti yaranır. Buna görə qadınların işləməsi ailənin sosial rifahına müsbət təsir edir.

Bu məsələyə yanaşarkən bir sual doğur: "qadınlar harada işləməlidir?" Azərbaycanlı ana obrazı bir çox hallarda müəyyən peşə və ya işlərə uyğunlaşdırılmışdır. Azərbaycanlı ana əxlaqlı, həyalı, imanlı və ailəsinə bağlı bir obraz kimi qəbul edilir. Lakin cəmiyyətdəki bəzi təzyiqlər və mental dəyərlər nəzərə alındıqda, ana obrazının zərər görməməsi üçün qadınların müəyyən işlərdə çalışması lazımdır. Normal azərbaycanlı kişi qadınların diskotekalarda ofisiant olaraq sərxoş kişilərə xidmət etməsini və buna bənzər digər işlərdə çalışmasını doğru hesab etmir. Cəmiyyətimizin böyük əksəriyyəti müsəlman olduğu üçün dini və əxlaqi dəyərlərə hörmətlə yanaşılmalıdır. Xanımlar yalnız o sahələrdə işləməlidirlər ki, əxlaqlarına xələl gəlməsin, şərəfləri və namusları qorunsun. Eyni zamanda, işə görə ailələrin dağılması halları da mümkündür. Buna görə də qadınların seçimləri hər zaman diqqətlə düşünülməlidir.

Azərbaycanlı qadınlar, mənim fikrimcə, həkim, tibb bacısı, müəllimə, gözəllik salonlarında və s. bu kimi peşələrdə çalışmalıdırlar. Mənə görə ehtiyacdan küçə süpürən xanımlarımız barlarda ofisiant işləyən qadınlardan daha hörmətlidirlər. Düşünün ki, qadın həyat yoldaşına dəstək olmaq məqsədilə çalışır, amma bu iş ailənin dağılmasına səbəb olmamalıdır. Belə işlərdə qadın qətiyyən çalışmamalıdır.

Başqa bir məsələyə də diqqət yetirmək lazımdır: qadın işləyərkən bəzi hallarda iqtisadi asılılıqdan çıxdıqdan sonra evdə dominantlıq etməyə meyl edir. Evdəki hər xırda münaqişədə özünün pul qazandığını, ailəyə dəstək olduğunu həyat yoldaşına bildirir. Bu, kişinin qüruruna xələl gətirir və evlilikdə gərginliyə səbəb olur. Qadın nə qədər iqtisadi cəhətdən müstəqil olsa da, evdə ərinin söz sahibi olduğunu unutmamalıdır. Bu, eyni zamanda, Azərbaycan ata mühitini qorumağa kömək edir.

Qadınların işləməsində digər bir problem də övladların tərbiyəsidir. Hər kəsin dayə tutmağa imkanı yoxdur və buna görə də ana uşaqla daha çox vaxt keçirməli və onu tərbiyə etməlidir. Uşağın ilkin tərbiyəsi çox vacibdir, çünki bu yaşda olan uşaqlara göstərilən diqqət onların gələcək həyatında mühüm rol oynayır. Ana işləməyə başladıqdan sonra bu tərbiyə boşluqları yarana bilər. Buna görə, qadının işləməsi vacib olsa da, işin növü, vaxtı və tərbiyə ilə əlaqəli məsələlər də nəzərə alınmalıdır.

Beləliklə, qadının işləməsi məsələsi yalnız sosial və iqtisadi baxımdan deyil, həm də ailəvi və əxlaqi prinsiplərlə bağlıdır. Qadınlar işləməli, amma bu işin həm özlərinin, həm də ailənin rifahına müsbət təsir etməsi üçün diqqətlə seçilməlidir. Qadının işləməsi ailədə qadın və kişinin yerinin səhv salınmasına, övladların tərbiyəsinə xələl gətirməsinə, ailənin dağılmasına gətirib çıxarmamalıdır.

Müəllif: Günel Fərzəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri