Icma.az
close
up
RU
Qadının evinə daxil olaraq quldurluq etdi: Qışqırmaması üçün azğını tutdum, bıçağı göstərdim

Qadının evinə daxil olaraq quldurluq etdi: Qışqırmaması üçün azğını tutdum, bıçağı göstərdim

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda quldurluq etməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavidan Əhmədli sərbəst ifadə verməkdən imtina etdiyi üçün ibtidai istintaqa verdiyi ifadəsi prosesdə elan olunub.

O, ifadəsində bildirib ki, 14 sentyabr 2024-cü il gecə saatlarında tamah məqsədilə tanışının qohumu Solmaz Mirzəyevanın evinə daxil olub.

"İçkili idim. Evə daxil oldum. Pul tələb etdim. Qışqırmaması üçün azğını tutdum. Bıçağı göstərdim. Dedim ki, sakit qalacağı və dediklərimi edəcəyi təqdirdə ona heç nə etməyəcəyəm. Sonra qızıl və pul gətirməsini istədim. Heç nə etməyəcəyimə inansın deyə bıçağı sanitar qovşağa atdım. O, 1 900 dollar, 3 000 manat pul gətirdi. Mən yenə nəsə gətirməsini istədim. O, qızıl və 250 manat pul gətirdi. Mən onun mobil telefonunu götürdüm. Evdən çıxdım. Qapını bağladım və açarı elə qapının üstündə saxladım. Heç kimə məlumat verməsin deyə telefonu götürdüyüm üçün elə qapının yanında da telefonu qoydum. Oradan çıxandan sonra Südabənin yanına gəldim. Evə getdik. Ona 900 dollar, qızılları verdim. Mən iki işdə işləyirəm deyə Südabə bu qədər puldan şübhələnmədi. Əməlimdən peşmanam".

Məlum olub ki, Cavidan Əhmədli 1000 dollar və 500 manatla borclarını ödəyib, qalan vəsaiti isə xərcləyib.

Zərərçəkən Solmaz Mirzəyeva bildirib ki, hadisəni törədən şəxsi tanımasa da, adı keçən yaxın qohumu Südabəni tanıyır.

Solmaz Mirzəyeva ötən prosesdə məhkəməyə verdiyi vəsatətində bildirmişdi ki, Cavidan Əhmədli sadəcə işin icraçısıdır:

"İşin təşkilatçısı mənim yaxın qohumum Südabədir. O bizə gəlib-gedən adamdır. Mənim tək yaşadığımı, təqaüd aldığımı və özümə görə qızıl-zinət əşyaları olduğunu bilirdi. Evə kimi gətirib, amma özü çöldə qalıb. İçəri girməyib. Mən məhkəmədən işin yenidən araşdırılması üçün ibtidai istintaqa geri qaytarılmasını istəyirəm".

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra zərərçəkmiş şəxsin oğlu Akif Mirzəyev ifadə verib. O bildirib ki, hadisə barədə anası ona məlumat verib:

"Anam mənə zəng vurub hadisəni dedi. Sonra dedi ki, həmin şəxsi heç vaxt görməyib. Hadisəni törədənin kənd sakini olmadığını bildirdi".

Akif Mirzəyev istintaqa verdiyi ifadəni təsdiq edib.

Südabə Vəliyeva məhkəməyə çağırılsa da, o buna rəğmən məhkəməyə gəlməyib.

Daha sonra məhkəmə Südabə Vəliyevanın məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti iclası iyunun 26-da keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 14-də gecə saatlarında baş verib.

Təqsirləndirilən Cavidan Əhmədliyə Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb.

Elgün Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri