Qlobal siyasi reallıqlar fonunda Prezident İlham Əliyevin obyektiv təhlil və strateji proqnoz bacarığı: Azərbaycan liderliyinin müasir modeli
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz bu keyfiyyətləri ilə müasir dövrdə qlobal miqyasda fərqlənən liderlər sırasında xüsusi yer tutur. Cənab Prezident İlham Əliyevin siyasi təhlil metodologiyasının əsas xüsusiyyəti emosional yanaşmadan, ideoloji şüarlardan və qısa müddətli populist baxışlardan uzaq olmasıdır. Dövlət başçısı beynəlxalq prosesləri qiymətləndirərkən güc balansını, tarixi faktorları, regional maraqların toqquşmasını və qlobal iqtisadi tendensiyaları sistemli şəkildə analiz edir. Bu yanaşma Azərbaycanı qlobal qarşıdurmaların alətinə çevrilmək təhlükəsindən qoruyaraq müstəqil siyasi aktor kimi mövqeyini möhkəmləndirib. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı prinsipial mövqe, “Azərbaycan heç vaxt heç bir güc mərkəzinin təsir dairəsinə daxil olmayacaq” və sadəcə siyasi bəyanat deyil, obyektiv analizə əsaslanan strateji seçimdir.
Cənab Prezident İlham Əliyevin beynəlxalq proseslərlə bağlı illər öncə səsləndirdiyi fikirlərin zamanla öz təsdiqini tapması onun liderlik bacarığının əsas göstəricilərindəndir. Qlobal enerji təhlükəsizliyi böhranı, regional güc balanslarının dəyişməsi, beynəlxalq təşkilatların effektivliyinin azalması kimi məsələlərdə Azərbaycan Prezidentinin verdiyi proqnozlar faktiki reallıqla üst-üstə düşür. Xüsusilə beynəlxalq sistemdə “ikili standartlar”ın dərinləşəcəyi, beynəlxalq hüququn siyasi alətə çevriləcəyi ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi mövqelər bu gün qlobal siyasi gündəmin əsas mövzularından biridir. Bu isə göstərir ki, dövlət başçısı hadisələri nəticələri ilə birlikdə qabaqcadan görmə bacarığına malikdir.
Cənubi Qafqaz regionu tarixən böyük güclərin maraq toqquşma nöqtəsi olmuşdur. Cənab Prezident İlham Əliyev bu reallığı nəzərə alaraq regionda baş verən prosesləri yalnız mövcud vəziyyət prizmasından deyil, gələcək risk və imkanlar kontekstində qiymətləndirir.
Onun dəfələrlə bəyan etdiyi kimi, regionda davamlı sabitlik yalnız real güc balansına, qarşılıqlı maraqlara və beynəlxalq hüququn prinsipial tətbiqinə əsaslanmalıdır. Bu mövqe Azərbaycanı regional siyasətdə təşəbbüskar, nəticəyönümlü və konstruktiv tərəf kimi təqdim edir.
Cənab Prezident İlham Əliyevin qlobal prosesləri düzgün təhlil etmək bacarığı ən aydın şəkildə enerji siyasətində özünü göstərir. Qlobal enerji bazarlarında böhranların hələ görünmədiyi mərhələdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi formalaşdırılması uzunmüddətli strateji baxışın məhsuludur.
Bu gün Avropa enerji təhlükəsizliyi məsələsində Azərbaycanı alternativsiz tərəfdaş kimi qəbul edirsə, bu, cənab Prezident İlham Əliyevin vaxtında verdiyi düzgün proqnozların və hesablanmış qərarların nəticəsidir. Enerji marşrutlarının şaxələndirilməsi, infrastrukturun qabaqcadan qurulması və siyasi risklərin düzgün qiymətləndirilməsi uzaqgörən liderliyin bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyevin beynəlxalq forumlarda, sammitlərdə və rəsmi çıxışlarında səsləndirdiyi fikirlər spontan deyil, dərin təhlilə əsaslanan mövqelərdir. O, qlobal problemləri ayrı-ayrılıqda deyil, sistemli yanaşma ilə qiymətləndirir və bu problemlərin səbəb-nəticə əlaqələrini açıq şəkildə ortaya qoyur.
İkili standartların tənqidi, beynəlxalq hüququn selektiv tətbiqinə qarşı prinsipial mövqe və suverenlik anlayışının müdafiəsi cənab Prezident İlham Əliyevin qlobal lider kimi fərqləndirici cəhətlərindəndir. Bu mövqe ona beynəlxalq arenada etibarlı, açıq və proqnozlaşdırıla bilən tərəfdaş imici qazandırıb.
Cənab Prezident İlham Əliyevin liderlik modeli klassik siyasi ritorikadan fərqli olaraq nəticəyə fokuslanan praqmatik idarəçilik fəlsəfəsinə əsaslanır. Burada əsas meyar doğru təhlil, düzgün qərar və uzunmüddətli nəticədir. Bu model emosional risklərdən uzaq, rasional qərarvermə mexanizminə söykənir. Təcrübə göstərir ki, cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar zamanla öz doğruluğunu sübut edir və Azərbaycan dövlətinin dayanıqlığını gücləndirir.
Cənab Prezident İlham Əliyevin dünyada cərəyan edən prosesləri obyektiv və dərin təhlil etmək, bu təhlillər əsasında düzgün nəticələr çıxarmaq və dəqiq proqnozlar vermək bacarığı müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir. Bu bacarıq təkcə şəxsi liderlik keyfiyyəti deyil, eyni zamanda dövlət siyasətinə çevrilmiş strateji düşüncədir. Məhz, bu strateji düşüncə nəticəsində Azərbaycan regional və qlobal proseslərdə passiv müşahidəçi deyil, fəal və təşəbbüskar aktor kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış bu siyasi xətt Azərbaycanın yalnız bu gününü deyil, gələcək onilliklərini də təmin edən fundamental inkişaf strategiyasıdır.
Nicat İsmayılov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Yanvar 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















