Icma.az
close
up
RU
Qadınlarda sidik ifrazını saxlaya bilməmək patoloji halı

Qadınlarda sidik ifrazını saxlaya bilməmək patoloji halı

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Praktiki olaraq hər üç qadından birində 40 yaşından sonra sidik ifraz edilməsi üzrə patoloji hal meydana çıxır – onlar sidik ifrazını saxlaya bilmirlər.

Qadınlar arasında sidik ifrazını saxlaya bilməyənlərin sayı yaş artdıqca daha da çoxalır.

Sidik ifrazını saxlaya bilməmək onların orqanizmləri üçün heç bir həyatı təhlükə törətməsə də, onların psixolojı halına mənfi təsir göstərir, ağır hallarda onların əmək qabiliyyətinin itirilməsinə səbəb olur.

Qadınlarda çanaq dibi əzələləri kişilərə nisbətən zəif olur. Doğuşlar (xüsusən uzunmüddətli və ağır keçənlər) çanaq dibi (aralıq nahiyəsi) əzələlərini daha da zəiflədir. Qadın ağır fiziki işlə məşğul olursa (və ya əvvəllər olubsa) və ya onun bədən çəkisi normadan artıq olarsa, bu zaman qarındaxili təzyiq artır. Bu da öz növbəsində çanaq dibi əzələlərinin daha çox dartılmasına səbəb olur. Son nəticədə isə qadınlarda kiçik çanaq üzvlərinin (uşaqlıq, sidik kisəsi və düz bağırsaq) aşağı enməsi və hətta kənara çıxması baş verə bilir.

Öz adi yerini dəyişərək aşağı enmiş sidik kisəsi, normal halda olduğu kimi, sidik ifrazını saxlaya bilmir. Nəticə etibarı ilə hətta zəif fiziki gərginlik zamanı (öskürək, gülüş və s. bu kimi hallarda) qadında öz-özünə sidik ifrazı (sidiyin axması) baş verir. Xəstəliyin daha ağır hallarında isə öz-özünə sidik ifrazı, sadəcə, bədənin vəziyyəti dəyişərkən, hətta sakit vəziyyətdə olanda da baş verir.

Əksər hallarda qadınlar sidik ifrazını saxlaya bilməmək problemi ilə üzləşdikdə, bunu yaş ilə əlaqədar olan adi və qaçılmaz hal hesab edərək həkimə müraciət etmirlər. Digərləri isə öz psixoloji durumları üzündən bu barədə həkimlə danışmaqdan utanırlar. Belə hallara yol vermək olmaz! Digər qadın xəstəlikləri kimi, sidik ifrazını saxlaya bilməmək halı vaxtında müalicə olunmasını tələb edir! Belə xəstələr həkimə nə qədər gec müraciət edərlərsə, onların müalicəsi bir o qədər çətin olur. Xəstəliyin gecikmiş formalarında həkimlər əksər hallarda cərrahi əməliyyata əl atmalı olurlar. Ona görə də belə problemlə üzləşən qadınlar, mümkün qədər tez olmaqla, həkim-uroloqa və ya ginekoloqa müraciət etməlidirlər.

Qadınlarda sidik ifrazını saxlaya bilməmək kimi patoloji halı müalicə etmək üçün, sidik kisəsi və sidik kanalı tonusunun artırılması məqsədi ilə, xüsusi dərman preparatlarından istifadə olunur. Müayinə zamanı sidik ifrazını saxlaya bilməməyin səbəbinin qanda qadın cinsi hormonlarının azalması ilə əlaqədar olduğu aşkar edilərsə, onlara hormonal tərkibli dərman preparatları təyin olunur.

Xəstəliyin konservativ (dərmanlar vasitəsi ilə) müalicəsi nəticə vermədiyi hallarda isə həkimlər cərrahi müalicə üsulundan istifadə etməli olurlar.

Xəstəliyin profilaktikası üçün, yaşından asılı olmayaraq, hər bir qadın öz çəkisinə nəzarət etməli, fiziki hərəkətlərlə kiçik çanaq-aralıq əzələlərini möhkəmləndirməlidir. “Tənbəllərə” isə ayaqlar arasında (mümkün qədər yüksəkdə) sıxmaqla kiçik bir topun gəzdirilməsini məsləhət görmək olar. Qeyd edilən bu son hərəkəti ev işləri görərkən də (məsələn, yemək bişirərkən, qab-qacaq yuyarkən və s. bu kimi işlər görərkən) etmək olar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri